Tuesday, February 19, 2013

CƏNUBI QAFQAZDA NÜVƏ TƏHLÜKƏSIZLIYI PROBLEMI


CAVİD ƏLİSGƏNDƏRLİ
Bakı Dövlət Universiteti
e-mail: javid_alisgandarli@yahoo.com

CƏNUBI QAFQAZDA NÜVƏ TƏHLÜKƏSIZLIYI PROBLEMI

Açar sözlər: Cənubi Qafqaz, nüvə təhlükəsizliyi, siyasi maraqlar, atom elektrik stansiyası (AES), Metsamor, Buşer
Ключевые слова: Южный Кавказ, ядерная безопасность, политические интересы, атомная электростанция (АЭС), Мецамор, Бушер
Keywords: South Caucasus, nuclear security, political interests, nuclear Power Plant (NPP), Metsamor, Bushehr

Nüvə təhlükəsizliyi anlayışı. XXI əsrdə beynəlxalq aləmdə baş verən qloballaşma prosesi, geosiyasi dəyişikliklər fonunda dünya yeni hədələrlə üzləşmişdir. Ən ciddi hədələrdən biri nüvə təhlükəsizliyi məsələsidir. Nüvə təhlükəsizliyinin siyasi, iqtisadi, ekoloji və s. tərəfləri mövcuddur.
Nüvə təhlükəsizliyinin əsas aspektləri:
·                    nüvə terrorçuluğuna qarşı mübarizə;
·                    nüvə materiallarının və nüvə qurğularının mühafizəsi;
·                    nüvə materiallarının qanunsuz dövriyyəsinin qarşısının alınması;
·                    ekoloji təhlükəsizlik
Ümumilikdə nüvə təhlükəsizliyi problemi xüsusi tədqiqat mövzusudur. Lakin hazırki məqalədə Cənubi Qafqaz regionunda nüvə təhlükəsizliyi məsələlərinə aydınlıq gətirməyə çalışacayıq.
Cənubi Qafqazda siyasi maraqlar. Mə­lum olduğu kimi, Qafqaz regionu hələ XIX əsrin əvvəllərində Rusiya-İran müharibələri nəticəsində bu iki imperiya arasında bölüşdürülmüşdü. Cənu­bi Qafqaz Rusiyanın maraqları dairəsinə daxil edilmişdi və bu vəziyyət XX əsrin 90-cı illərinə qədər belə də davam etdi. Yalnız 1991-ci ildə SSRİ-nin dağılması ilə 3 Cənubi Qafqaz respubli­kasının müstəqillik əldə etməsi nəticəsində vəziy­yət dəyişdi, Cənubi Qafqaz regionu yenidən dün­ya dövlətlərinin maraqları sisteminə daxil oldu. ABŞ, Qərbi Avropa, region dövlətləri olan Rusiya, Türkiyə və İran Qafqazda öz maraqlarını təmin etmək uğrunda mübarizəyə qoşuldu­lar. Dünya güclərinin Qafqazda ümumi və xüsusi maraqları mövcuddur.

Ümumi maraqlar
·                    Təhlükəsizlik məsələləri (nüvə təhlükəsizliyi, terrorozimlə mübarizə)
·                    Nəzarətsiz zonalar (silah alveri, narkotrafik, insan alveri)
·                    Ekoloji problemlər


Xüsusi maraqlar
ABŞ-ın və Qərbi Avropanın maraqları
                     enerji maraqları
                     təhlükəsizlik (terrorçuluqla mübarizə, nüvə silahlarının yayılmaması, hərbi münaqişələrin qarşısının alınması və regiondakı ölkələrin ərazi bütövlüyünün bərpası və ya qorunub saxlanması)
                     demokratik islahatlar

Rusiyanın maraqları
                     Tarixi müstəmləkəçilik yaddaşı
                     Coğrafi yaxınlıq
                     Cənub sərhədlərinin “təhlükəsizliyi” (digər region dövlətləri olan Türkiyənin və İranın, həmçinin Qərb dövlətlərinin və ABŞ-ın Qafqazı təsir dairələrinə daxil etmə cəhdlərinin qarşısını alma marağı)

Türkiyənin maraqları
                     Tarixi bağlılıq
                     Strateji maraqlar
                     Hərbi təhlükəsizlik maraqları
                     İqtisadi maraqlar

İranın maraqları
                     Böyük güclərin (xüsusilə ABŞ-ın, Qərbin, Rusiyanın və Türkiyənin) bölgəyə istiqamətlənmiş planlarına mane olmaq
                     Müstəqil Azərbaycanın İran sərhədləri içərisindəki Azərbaycan türkləri üzərində mümkün təsiri məhdudlaşdırmaq
                     Bölgədəki təbii sərvətlərin xarici şirkətlər tərəfindən istehsalına və bu qaynaqların beynəlxalq bazarlara çatdırılmasına mane olmaq (həm Qərb güclərinin bölgəyə yerləşmələrini önləmək, həm də istehlakçı kimi özünə rəqib yaranmasına mane olmaq).
Bir az əvvəl “ümumi maraqlar” deyərkən təhükəsizlik məsələsini qeyd etdik və “nüvə təhlükəsizliyi”, “terrorizmlə mübarizə” deməklə kifayətləndik. Şübhəsiz ki, bu məsələlərə toxunacayıq. Amma bir məqamı qeyd etmək istəyərdik yeri gəlmişkən – enerji təhlükəsizliyinin təmin olunması məsələsi dünya dövlətlərinin qarşısında duran əsas problemlərdən biri, milli dövlət maraqlarının əsas hissəsidir. Hazırda dünya dövlətləri enerji çatışmazlığı problemi ilə üz-üzə qalıblar və heç kimə sirr deyil ki, alternativ enerji mənbələrinin (külək enerjisi, günəş enerjisi və s.) aşkarlanması, istismara verilməsi ətrafında gərgin müzakirələr gedir. Hazırda dünyada hasil olunan enerji ehtiyatlarının 40%-i AES-lərin payına düşür. Müxtəlif rəqəmlərə rast gəlmək mümkündür. Bəzi ölkələrin enerji təminatı bir qədər çox, bəzi ölkələrdə isə bir qədər az AES-lərdən əldə olunan enerji hesabına ödənir. Məsələn, Fransa 75%, Belçika və Slovakiya 50%, Almaniya və Ukrayna 25%, Rusiya və ABŞ 25%-dən çoxunu, Çin və Hindistan isə 10%-dən az enerji təminatlarını AES-lərin hesabına ödəyirlər (1).
Hazırda dünyada:
Atom elektrik stansiyasına sahib 31 ölkə
Atom elektrik stansiyası inşa edən 17 ölkə
İlk dəfə AES inşa etmək istəyən 15 dövlət (o cümlədən, Azərbaycan (Nəvahi) və Türkiyə (Mərsin))
Yeni AES inşa etməyi düşünən 11 ölkə (o cümlədən, Ermənistan)
Daha əvvəl AES olan, lakin hazırda dövrə xarici olan 5 ölkə var (2).
İndi isə mövzumuz haqda. Nüvə təhlükəsizliyinin 4 əsas aspektini qeyd etmişdik - nüvə terrorçuluğuna qarşı mübarizə; nüvə materiallarının və nüvə qurğularının mühafizəsi; nüvə materiallarının qanunsuz dövriyyəsinin qarşısının alınması və ekoloji təhlükəsizlik. “Cənubi Qafqaz regionu hazırda real olaraq bu təhlükələrdən hansı ilə təhdid olunur?” sualına cavab verməli olsaq, fikrimcə ən real olanı enerji təhlükəsizliyi və ekoloji problemlər önə çəkilməlidir.
Cənubi Qafqazın 3 müstəqil dövlətindən ikisi – Gürcüstan və Ermənistanın enerji çatışmazlığı problemi var. Azərbaycan hələ ki, bu problemdən uzaqdır. Amma yaxın gələcək üçün Azərbaycan da bu haqda fikirləşməli olacaq. Hətta bu məqsədlə hələ ötən əsrin 80-ci illərində Azərbaycanda AES tikintisi haqda məsələ gündəmə gəlmiş (Nəvahidə yer də müəyyənləşdirilmişdi), bir neçə il bundan əvvəl yenidən aktuallaşmışdı (özültökmə işləri də görülmüşdü). Lakin azərbaycanlı mütəxəssislər belə hesab edirlər ki, Azərbaycanda AES tikintisi yaxın vaxtların işi deyil və 2020-ci ildən tez reallaşa bilməz. Gürcustan enerji ehtiyaclarının ödənməsində Rusiya, Azərbaycan və Türkiyənin yardımından istifadə edir. Rusiya ilə münasibətlərində problemlər yaşamasına baxmayaraq, ehtiyac hiss etdiyində Türkiyə və Azərbaycanın yardımı ilə vəziyyəti normallaşdıra bilir. Ermənistanda isə məsələ başqa cürdür. Azərbaycan ərazilərini işğal etməsi, buna cavab olaraq blokada şəraitinə düşməsi ilə Ermənistan özünün regionda təcrid olunmuş vəziyyətə düşməsinə səbəb olub. Əsas müttəfiqi Rusiya ilə ümumi sərhədlərinin olmaması, Rusiya-Gürcüstan münasibətlə­rindəki gərginlik Ermənistan üçün əlavə qaçılmaz problemlər yaradır. İran Ermənistan üçün “nəfəslik” rolunda çıxış edir. Ermənistan enerji təminatının 40%-ni hələ SSRİ dövründə, daha dəqiq desək ötən əsrin 70-ci illərində inşa edilmiş və istismar müddəti 2001-ci ildə başa çatmış Metsamor AES-in hesabına, 60%-ni isə Rusiya, İran və sovet dönəmində istifadəyə verilmiş 2 Su Elektrik Stansiyası hesabına ödəyir.
Metsamor region üçün ekoloji baxımdan da çox böyük təhlükə mənbəyidir. Yerevandan 40 km kənarda fəal zəlzələ zonasında inşa edilib. Stansiyanın çərçivəsində 5 tektonik çat var. Onlardan biri stansi­yadan 34 kilometr, ikincisi 16 kilometr, daha biri isə 500 metr məsafədədir. 1988-ci ildə baş vermiş zəlzələnin mərkəzi Metsamor stansiyasından 75 kilometr aralıda idi. O zaman təhlükəsizlik baxımından stansiyanın fəaliyyəti dayandırılmışdı. 1995-ci ildə ciddi enerji böhranı ilə üzləşən Ermənistan hökuməti beynəlxalq tənqidlərə baxmayaraq, stansiyanın işini bərpa etdi. 1995-ci ildə Avropadan və ABŞ-dan Metsamor stansiyasının təhlükəsizlik standartlarının artırılmasına milyonlarla dollar pul xərclənib. Avropa Birliyi bu stansiyanın köhnə və az etibarlı olduğunu bildirib. Ermənistan rəsmiləri isə ölkənin elektrik enerjisinə tələbatının 40 faizinin istehsal edildiyi bu stansiyadan əl çəkməməkdə israrlıdırlar. Onların iddialarına görə, Metsamor stansiyasının reaktorları 8 bal gücündə zəlzələyə davamlıdır. Bundan başqa, guya ki, Metsamor stansiyasının soyutma sistemi Yaponiyanın «Fukusima» stansiyasının sistemindən daha etibarlıdır ki, bu da fəlakət baş verəcəyi təqdirdə xüsusi əhəmiyyətə malikdir. 2016-cı ildə hazırki stansiyanın yerinə daha güclü və Qərb standartlarına uyğun atom elektrik stansiyası tikməyi, sovet dövründə tikilən stansiyanın isə 2017-ci ildə sökülməsi planlaşdırılır (3).
Regionun ekoloji təhlükəsilliyinə daha bir təhdid Azərbaycanda mövcud olan Qəbələ RLS-dir. SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyasından biri olmuşdur. 1985-ci ildə istismara verilmişdir. Texniki parametrlərinə görə dünyada anoloqu yoxdur, 6000 km radiusdakı məsafəni nəzarətdə saxlamağa qadirdir, bu isə İran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərqi bü­tövlükdə, həmçinin Hind Okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanı verir. Stansiya həmçinin bu ərazilərdən atılmış orta məsafəli, nüvə baş­lıqlı raketlərin ilk atış anından etibarən onların trayektoriyasını müəyyən edə bilir. Stansiya SSRİ dağıldıqdan sonra Azərbaycanın mülkiyyətinə çevrilmişdir. Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya 2012-ci ilə kimi il ərzində 14 mln. dollar ödəməklə icarəyə vermişdir. Hazırda stansiyada 1400 nəfər Rusiya hərbiçisi qulluq edir, həmçinin Azərbaycan mütəxəs­sisləri də fəaliyyət göstərirlər. Ümumilikdə stansiyada 2000 nəfər fəaliyyət göstərə bilər.
Cənubi Qafqazdakı nüvə stansiyaları ətrafındakı siyasi oyunlar.    Cənubi Qafqa­zın nüvə təhlükəsizliyindən danışarkən hər dəfə mütləq İranın nüvə məsələsi də “yada düşür”, yəni bu haqda danışmamaq mümkün olmur. İranın nüvə məsələsi nə deməkdir və onun Cənubi Qafqazla bağlılığı nədir?
İranda nüvə sahəsində tədqiqatlar 1957-ci ildə İranla ABŞ arasında “Atom sülh üçün” proq­ramı çərçivəsində müqavilə imzalanması ilə başlanıb. Proqram atom enerjisindən dinc məqsədlər üçün istifadə nəzərdə tutur. ABŞ İranı nüvə qurğuları və avadanlıqla təmin etməyi, həmçinin nüvə sahəsində mütəxəssislər hazırlamağı öhdəsinə götürürdü bu müqavilə ilə. Bir şərtlə ki, inşa olunacaq obyektlərin monitorinqi və hasil olunacaq enerjinin dinc məqsədlərlə istifa­dəsinə nəzarət ABŞ-da qalacaqdı. 1967-ci ildə mövcud müqavilə çərçivəsində MAQATE-nin texniki dəstəyi ilə ABŞ İrana yanacaq qismində 5,5 kq zənginləşdirilmiş urana malik olan tədqiqat reaktoru olan nüvə elmi-tədqiqat mərkəzinin yaradılmasına yardım etdi. Həmin il ABŞ elmi-tədqiqat mərkəzini hər il 600 qr pluton hasil etmək gücünə malik kameralarla təchiz etdi. Beləliklə, İranda nüvə enerjisi sahəsində elmi-tədqiqat işlərinə başlandı (4).
70-ci illərin əvvəllərində İran enerji kompleksinin diversifikasiyasi proqrmını qəbul etdi. Həmin dövrdə ABŞ-ın regionda geopolitik müttəfiqi olan İran 1983-cü il üçün “Qərbi Asiyanın Yaponiyası” olmaq iddiasında idi (5). 1974-cü ilin martında şah Məhəmməd Pza Pəhləvi İranın nüvə enerjisinin inkişafı planını bəyan etdi. Plana görə, ümumilikdə 23 atom reaktorunun inşası, həmçinin qapalı nüvə enerjisi siklinin yaradılacağı nəzərdə tutulurdu. ABŞ 6-8, Almaniya Federativ Respublikası 4, Fransa 8 reaktor verməli idilər. Bundan əlavə Kanada istehsalı olan reaktorların da veriləcəyi nəzərdə tutulurdu. AES-in inşası üçün ilk məkan olaraq Fars körfəzi sahilində Buşer və İranın cənub-qərbində Korun çayı sahilində Axvaz müəyyənləşdirildi. Diversifikasiya işləri 1994-cü ilə qədər başa çatmalı idi. Buşer enerji blokları 1980 və 1981-ci illərdə alman mütəxəssislərinin, Axvaz enerji blokları isə 1983 və 1984-cü illərdə fransız mütəxəssislərin iştirakı ilə işə salınmalı idilər (6).
MAQATE-nin 1974-cü ilə aid proqnozuna gorə, İran 1981-ci ildən başlayaraq 1988-ci ilə qədər hər il 1 enerji bloku, 1988-1990-cı illərdə isə - hər il 2 enerji bloku istismara verə biləcəkdi. Nəzərdə tutulan proqramın yerinə yetiriləcəyi təqdirdə İranın bütünlükdə enerji hasilatının 25%-i nüvə stansiyalarının payına düşəcəkdi.
Lakin İranda İslam inqilabından sonra mövcud rejimin dəyişməsi ilə İranın nüvə məsələsinə yanaşma da dəyişdi. Əsil “oyunlar” da bundan sonra başladı. Yeni rejimin ABŞ-ı “böyük şeytan”, Rusiyanı isə “kiçik şeytan” adlandırmasına baxmayaraq, “düşmənimin düşməni dostumdur” prinsipi ilə hərəkət edən İran nüvə məsələsində “kiçik şeytanla” əməkdaşlıq edir və ondan kifayət qədər dəstək alır. İranın nüvə sahəsində tədqiqatlarını davam etdirməsindən narahat olan ABŞ kəşfiyyatının məlumatına görə, İranın nüvə sahəsində tədqiqatlarının hazırki tempi ona imkan verəcək ki, yaxın 5-10 il ərzində İran nüvə silahına malik ola bilsin (7).
Son məlumatlara görə, Buşer Atom Elektrik Stansiyası 2012-ci il sentyabr ayının 3-də İranın elektrik enerjisi şəbə­kəsinə qoşulub. Bu barədə məlumatı İranın Mehr agentliyi yayıb. Hal-hazırda şəbəkəyə 60 MVt enerji daxil olur. Sentyabrın 11-də AES-nin rəsmi açılışı olacaq. İranın Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri F.Abba­sinin sözlərinə görə, Buşer AES cari il payızın sonlarına qədər tam gücü ilə istifadəyə verəcək və istehsal gücü 1000 MVt olacaq (8).
Nəticə. Əvvəldə qeyd etmişdik ki, Cənubi Qafqaz regionu hazırda real olaraq enerji təhlükəsizliyi və ekoloji problemlərlə təhdid olunur. Mövcud təhdidlərin aradan qaldırılması üçün müəyyən işlərin görülməsi vacibdir. Bu baxımdan təkliflərimizi 3 istiqamətdə qruplaşdıra bilərik.
1.Enerji təhlükəsizliyi və bununla bağlı olaraq nüvə təhlükəsiliyi məsələsi.
Cənubi Qafqazda nüvə təhlükəsizliyinin tə­min edilməsi məqsədilə nüvədən azad edilmiş zona (Nuclear free zone) yaradılması təklifi nəzərdən ke­çirilə bilər. Belə zonalar əvvəllər Afrikada, Mərkəzi Asiyada, Cənub-Şərqi Asiyada, Sakit okeanın cənub hissəsində, Latın Amerikasında və Karib dənizi höv­zəsində yaradılıb.
Başqa sözlə, Ermənistanda Metsamor AES-in bağlanması lazımdır.
Lakin sadəcə AES bağlanmalıdır deməklə problem həll olunmuş sayılmamalıdır. Regionun enerji təhlükəsiliyini həll etmək üçün region dövlətləri özləri də bu gün bütün dünyada çox aktual olan “alternativ enerji mənbələrinin” axtarışına qoşulmalıdırlar. Regionun fiziki, coğrafi imkanları genişdir. Lazımi mütəxəssislərin hazırlanması, elmi-tədqiqat mərkəzlərini açılması ilə problemin həllini bir qədər sürətləndirmək mümkün ola bilir. Yaxud Metsamor AES-in bağlanmasının qarşılığında Azərbaycan Ermənistanın enerji ehtiyaclarının ödənməsində ona yardım edə bilər.
Müxtəlif variantlar mümkün ola bilir və hər biri də ayrı-ayrılıqda nəzərdən keçirilib, dəyərləndirilə bilər. Əlbəttə ki, bu məsələdə son söz mütəxəssislərin olmalıdır. Lakin istənilən həll varinatı yalnız və yalnız işğal olunmuş Azərbaycan torpaqları azad edildikdən sonra mümkün ola bilər.
2.Ekoloji problemlərlə bağlı təhdidlər.
Burada 2 məqam xususilə vacibdir. Regionun ekoloji durumuna real təhlükənin 2 mənbəyi mövcuddur hazırda. Bunlar:
1.Metsamor AES;
2.Qəbələ RLS.
Metsamoru bir az əvvəl bağladıq, qaldı Qəbələ RLS. Fikrimcə, icarə müddəti başa çatdıqdan sonra Qəbələ RLS-in bağlanması lazımdır. Qeyd edildiyi kimi, Qəbələ RLS SSRİ-nin havadan müdafiə sistemi stansiyalarından biri olub. Hazırda SSRİ yoxdur. Azərbaycan müstəqil dövlət olaraq həm region dövlətləri ilə, həm də bütünlükdə dünya dövlətləri ilə münasibətlərində balanslaşdırılmış siyasət yeridir və belə hesab edirəm ki, Azərbaycana havadan hərbi müdaxilə təhlükəsi yoxdur. Real hərbi təhdid Ermənistan gəlib ki, bu məsələdə heç Qəbələ RLS də “köməyimizə gələ bilməyib”. Bu baxımdan mövcud RLS-in bağlanması zamanı çatmış məsələdir, fikrimcə.
3-cü istiqamət: gələcəkdə real ola biləcək təhdidlər - Nəzarətsiz zona (silah qaçaqmalçılığı, narkotrafik, insan alveri) məsələsi.
Regonda nəzarətsiz zonaların olmaması üçün hazırda mövcud olan münaqişələr bütünlüklə həll olunmalıdır. Azərbaycanın və Gürcüstanın ərazı bütövlüyü de-fakto olaraq təmin edilməlidir. İşğal olunmuş torpaqlar azad edilməlidir. Müxtəlif həll variantları mümkün ola bilir. Gürcüstanın da Abxaziya və Osetiya problemlərinin həll olunması istiqamətində mümkün ola biləcək bütün variantlar nəzərdən keçirilməlidir.

Ədəbiyyat:

1.http://www.world-nuclear.org/info/reactors.html
2.http://www.iaea.org/ (MAQATE-nin rəsmi saytı)
3.http://www.azadliq.org/content/article/2342745.html
4.Boureston J., Ferguson Ch.D. Assessing Iran’s Plutonium Reprocessing Capabilities:A Way to Obtaining Nuclear Weapons Material // FirstWatch Intern. - 2003. - June http://www.iranwatch.org/privateviews/First%20Watch/perspex_fwi_plutoniumprocessing_0304.htm
5.Holden D. Shah of Shahs, Shah of Dreams // New York Times, 1974 May 26
6.Nuclear Proliferation and Safeguards / Office of Technology Assessment. - 1977. June. - Appendix Vol.2. Pt.1. - P.IV_21.
7.Iran’s Nuclear Program: Production and Potential. Prepared Testimony by David Albright, Institute for Science and International Security (ISIS), Before the Senate Committee on Foreign Relations, May 17, 2006. - [S.l.], 2006. - P.1.
8.İran Buşer AES-i elektrik enerjisi şəbəkəsinə qoşdu / http://www.milli.az/news/world/66521.html#popupInfo
9.Barzin N. L’Economie Politique de Dѐveloppement de l’Energie Nuclѐaire en Iran (1957-2004): Thѐse pour obtenir le grade de docteur de L’Ehess en Socioѐconomie de Dѐveloppement. - [S.l], 2004. - P.85).

11.Nuclear power: When the steam clears / The Economist. March 24, 2011. http://www.economist.com/node/18441163

12.Арчил Гурманидзе. Грузия укрепила свою энергобезопасность c помощью Азербайджана - http://www.blackseanews.net/read/12511/

13.Ара Марджанян. Энергетическое будущее Южного Кавказа: электроэнергетика - http://www.csef.ru/studies/politics/projects/russian_armenian_relations/articles/1499/

(сайт Центра Стратегических Оценок и Прогнозов, Россия)

ДЖАВИД АЛИСКАНДАРЛИ
Бакинский Государственный Университет

ПРОБЛЕМА ЯДЕРНОЙ БЕЗОПАСНОСТИ НА ЮЖНОМ КАВКАЗЕ

Как известно, Южный Кавказ еще в начале XIX века в результате русско-иранских войн была разделена между этими двумя империями. На Южном Кавказе утвердилась сфера влияния России и эта ситуация продолжалась до 90-х годов ХХ века. В 1991 году с развалом СССР и приобретением независимости тремя южнокав­казскими республиками, Южный Кавказ вновь был включен в сферу интересов мировых держав. США, страны Западной Европы, также региональные силы – Россия, Турция, Иран вступили в борьбу за сферу влияния в регионе. Государства-соперники имеют общие и личные интересы на Кавказе. Одним из общих интересов является проблема безопасности региона. В период процессов глобализации, в сложившейся ситуации в условиях нового мирового порядка международное сообщество столкнулось новыми угрозами. Одним из наиболее серьезных вызовов безопасности является ядерная угроза. В рамках данной статьи делается попытка, внести ясность проблеме ядерной безопасности на Южном Кавказе, на фоне борьбы за сферу влияния мировых держав в регионе.

JAVID ALISKANDARLI
Baku State University

THE PROBLEM OF NUCLEAR SECURITY IN SOUTH CAUCASUS

The South Caucasus was divided between two empires following the Russian-Iranian wars in the 20s of 19th century, and this state of division continues to date. However, the situation began to change with the decline of the USSR and the establishment of the new independent states in 1991. The Caucasus was included to the sphere of interests of global powers. The United States, Western Europe, as well as the regional powers – Russia, Turkey, and Iran - joined the struggle to gain a sphere of influence in the region. This struggle is accompanied by special strain in South Caucasus. All rival states have their general and specific interests in the Caucasus. One such general interest is the problem of the security in the region.
So that, the international world has encountered new threats in the context of geo-political changes and globalization process, which took place in the 21st century. One of the most dangerous threats to international security is the nuclear proliferation problem. In this article, an attempt is made to clarify the issues of nuclear protection in the South Caucasus on the ground of struggle of global powers for their interests.


Bakı Dövlət Universiteti “Türk və Qafqaz xalqları tarixi” kafedrasının 30 dekabr 2011-ci il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №3).

Friday, February 1, 2013

The Bottom Billion: Why the Poorest Countries Are Failing and What Can Be Done About It. By PAUL COLLIER


Four Traps:

1. The Conflict Trap
2. The Natural Resource Trap
3. Landlocked with Bad Neighbors
4. Bad Governance in a Small Country

Renamed Malawi, it was the poorest country on the continent. It is easier to rename countries than to change them: thirty five years later it is still as dirt poor as it was then. In another thirty five years I doubt it will be much different, unless… This book is about that “unless.”
The countries now at the bottom is not just are distinctive not just in being the poorest but also in having failed to grow. They are not following the development path of most other nations: they are adrift. As once poor India and China and countries like them, surged ahead, the global poverty picture has been confused, concealing this divergent pattern. Of course for some countries to do relatively better, others must do relatively worse. But the decline of the countries now at the bottom is not just relative; often it is absolute. Many of these countries are not just falling behind, they are failing apart.
For the past few years much of my work has been on civil war. I wanted to understand why conflict was increasingly concentrated in low income Africa. Gradually, I developed the notion of the “conflict trap.” It shows how certain economic conditions can make a country prone to civil war and how, once conflict has started, the cycle of violence becomes a trap from which is difficult to escape. I realized that the conflict trap was one explanation for the countries at the bottom of the world economy. But it is not the whole story…
We have in fact done the easier part of global developed; finishing the job now gets more difficult. Finish it we must, because an impoverished ghetto of one billion people will be increasingly impossible for a comfortable world to tolerate.
Unfortunately, it is not just about giving these are not that many of them. With some important exceptions, aid does not work so well in these environments, at least as it has been provided in the past. Change in the societies at the bottom must come predominantly from within; we cannot impose it on them. In all these societies there do struggles between brave people want change and entrenched interests opposing it. To date, we have largely bystanders in this struggle. We can do much more to strengthen the hand of reformers. But to do so we will need to draw upon tools- such as military interventions, international standard-setting, and trade policy-that to date have been used for other purposes. The agencies that control these instruments have neither knowledge of nor interest in the problems of the bottom billion. They will need to learn, and the governments will need to learn how to coordinate this wide range of policies.
The ideas open horizons across the political divide. The left will find that approaches it has discounted, such as military interventions, trade, and encouraging growth, are critical means to the ends it has long embraced. The right will find that, unlike the challenge of global poverty reduction, the problem of the bottom billion will not be fixed automatically by global growth, and that neglect now will become a security nightmare for the world of our children. We can crack this problem; indeed we must. But to do so, we need to build a unity of purpose.
To build a unity of purpose, thinking needs to change, not just within the development agencies but among the wider electorates whose views shape what is possible. Without an informed electorate, politicians will continue to use the bottom billion merely photo opportunities rather than promoting real transformation.
Research is often like a quest. You start with a question that sounds impossible to answer: how much aid leaks into military spending, or how much Africa’s wealth has fled the continent. How would you go about answering those questions? Ask each third world army where it got its money? Knock on the doors of the Swiss banks and ask them to report their African accounts? There is a different way of getting to the answers, and it is statistical. This stand in contrast to crude image that often provide us with what we think we know about the world. For rebellion as an example, the image is often Che Guevara, ubiquitous in my generations as a poster on student walls. The poster did our thinking for us. Our notions about the problems of the problems of the poorest countries are saturated with such images: not just of noble rebels but of starving children, heartless businesses, crooked politicians. You are held prisoner by these images. While you are held prisoner, so are our politicians. Because they do what you want. I am going to take you beyond images. Sometimes I am going to smash them. And my image smasher is statistical evidence.
This book is the big picture that emerges when you connect the dots. But the dots are a story in themselves. Although this is not a book about research, I hope that along the way you will get some of the flavor of how modern research is done and a sense of the thrill that comes from cracking intractable questions…

Day 23: GRE Vocabulary, Success Journal, Kick-Boxing, Balance of life

Learning new words has been something I never enjoyed. The idea of having to write a vocabulary, and memorize words always irritated me. How...