Friday, February 4, 2011

Niyə blog yazmaga qərar verdim...(Qisaca)

Açığı bu sual uzərində uzun düsünməli oldum... Beynimdə coxlu fikirlər, düsüncələr, istəklər və arzularım var idi... Əsas da etmək istədiklərim... Dəyişikliklər, ehtiyac duyduqlarımız dəyişikliklər... Hadisələrə düzgün qiymət verə bilmək istəyi usaqliqdan yaranmis bir hiss idi məndə... Yasadıgımız dünyaya hər dəfə nəzər saldiqda, nə qədər aciz, yönləndirilən, və idarə oluna bilən varlıqlar olduğumuzu dərk etməyə baslayırdım.. Xəyallarımız, istək və arzularımız, hətta ən dəhşətlisi düsüncələrimiz belə idarə oluna bilirmiş... Və hər dəfəsində o an icimdəki bir USYAN! Düşüncələrimiz idarə olunur deyərkən, Bəşəriyyət hər zaman muxtəlif idealogiyaların təsiri altında olub, düşüncələr, arzular, ideallar, gələcəyə baxiş hətta ümidlər belə bu ideallar uzərində qurulub. Zaman zaman bu ideallarin necə məhv olduğunun, müqəddəs sayılanın əslində cirkin əməllərə xidmət etdiklərinin ortaya cıxdığının şahidi olmaq cətin deyil...
Bəzən qəribə bir hal baş verir, cümlələr uzana uzana gedir, sonu bilinməyən bir boşluğa doğru... Fikirlər bitmək bilmir, elə hey yazmaq istəyirsən hara getdiynisə bilmirsən və hər dəfə bu boşluq ... Və, nəhayət, bu boşluqdan “qurtarmaq” istəyi … Bu istəyin nəticəsi olaraq isə qarşınızda gördüyünüz blog …
Blog açmaqda məqsədim bəlkə içimdəki Üsyani insanlarla bölüşə bilmək... bəlkə də...  Əminəm hər kəsin özünü tənha hiss etdiyi anlar olmuşdur. Belə vaxtlarda eyni düşüncəli insanları az da olsa görə bilmək imkanı nə qədər mənə böyük ruh yüksəkliyi verirdisə də bir coxlarına da bu blog vasitəsilə tək olmadıqlarını görmək üçün şərait yaratmaq istəyi... Bir çoxlarımızı narahat edən məsələlərlə bağlı həmfikirlərin bölüşə bilmək imkanı əldə etməsi, həmçinin bu məsələlərlə bağlı mövcud olan müxtəlif fikirlərin bir araya gətirilməsi, müzakirə edilməsi imkanının əldə edilməsidir. Ümumiyyətlə, gündəlik həyatımızda fikirlərimizi bölüşə bilmək imkanımız o qədər az olur ki … Hətta bir çox hallarda buna nə qədər çox ehtiyac hiss etdiyimizin fərqində belə olmuruq. Oxuduğunuz səhifədə bu imkanı əldə edəcəyimizi düşünürəm...

1 comment:

  1. Bazen sesimizi eshitsinler, fikirlerimizi duya bilsinler deye ne etmeli oldugumuzu bilmirik ... mence hazirki imkan choxlarimiza "hava", "su" kimi vacibdir ... Bu imkan uchun teshekkurler, Cavid!

    ReplyDelete

Day 23: GRE Vocabulary, Success Journal, Kick-Boxing, Balance of life

Learning new words has been something I never enjoyed. The idea of having to write a vocabulary, and memorize words always irritated me. How...