Saturday, February 5, 2011

Həqiqətənmi Altaydan gəlmişik?

Türklərin ilk məskunlaşdıqları ərazilər haqda mübahisələr uzun illəridir davam etməkdədir. Bildiymiz kimi buna aid 4 əsas nəzəriyyə vardır, hər biri ətrafında da cox geniş müzakirələr getməkdədir. Hazırkı məqalədə Altay nəzəriyyəsini arasdırarkən qarşılaşdığım bəzi maraqlı məlumatları sizinlə paylaşmaq istədim. Məncə çox maraqlıdır... Demək, böyük ehtimal Türklər ilkin dövrdə Anadolunun cənubunda, Ikiçayarasi ərazilərdə,  Iran yaylasi adlandirdigimiz ərazilərdə və Türkmənistan çöllərində məskunlasmisdir. O yerlər ki indi türk yurdu kimi qələmə verilir. Altayda məskunlasma çox sonralar – 5000 il əvvəl baslamisdir. Avropa alimlərinin Altay nəzəriyyəsini ön plana çəkməkdə əsas məqsədi ondan ibarətdir ki, onlar türkləri Sayan – Altayda yerləsdirməklə qədim Azərbaycan və Anadolu ərazilərinə türklərin gəlmə oldugunu əsaslandirsinlar. Bu, tarixi bilməməkdən də irəli gələ bilər. Altay türkün besiyi deyil. Türkün besiyi Anadolunun cənub hissəsi, Azərbaycan və ilk növbədə Ikiçayarasi ərazilərdir. Bizdə artiq sübut olunmusdur ki, Altayin Altay adinin özünü də türklər Azərbaycandan aparmislar – m.ö. Azərbaycan Aratta dövlətinin adindan (bu ad m.ö. 1-ci minillikldə Azərbaycan ərazisində  artiq Alatey kimi islənməkdə idi). Bəzi dirnaqarasi alimlərin bölgülərinə əsasən m.ö. 2000 il əvvəl nə Anadoluda, nə də Azərbaycan ərazisində türk var. Bəs m.ö. 6-ci minilliyin ortalarinda Azərbaycan ərazilərindən Ikiçayarasina enən  sumerlər kimdir? Qədim Azərbaycan tayfalari kutilər, lullular, turukilər, sular, kassitlər türk tayfalari idilər. Troya müharibəsinin (m.ö. 1250-ci illər) qəhrəmanlari – Priamin nəsli, Hektor, Eney kim idi? O müharibə ellin – türk müharibəsi idi. «Kitabi-Dədə Qorqud»un Homerin poemalari ilə müqayisəsi göstərir ki, bu əsər (Dədə Qorqud) yunanlarin qonsulugundaki türklər tərəfindən yaradilib.  Əks təqdirdə Sayan-Altay ərazisindəki türklərin dastanini  Homerin poemalari ilə necə müqayisə etmək olar? Bunlar göstərir ki, türk tarixinə yenidən baxmaq lazimdir. Orxon-Yenisey əraziləri bir qəbiristanliqdir. Bu yerlərdə türklər yasayib, artib, çoxaliblar. Amma orada dogulmayiblar. Ora qərbdən gəliblər. Bu cəhətdən Azərbaycanla Anadolunun taleyində çox ciddi fərqlər var.hələ bizim özümüzün də bir çox dilçi və tarixçilərimiz bu fikirdədir ki, 11-ci yüzillikdə Səlcuqlar gəlib Azərbaycan və Anadolu ərazilərini türkləsdiriblər. Bu cür fikir savadsizliq əlamətidir. Urmiya gölü ətrafi ərazilər, simalli-cənublu Azərbaycan (Iraqda Kərkük-Ərbil əraziləri də) qədim türk yurdudur və heç vaxt, heç bir tarixi hadisə bu yerlərdən türkləri aralaya bilməmislər.  Bu gün necədirsə, bes min il əvvəl də o cür olub (kiçik dəyisikliklər, köçürmələrlə). Lakin Anadolu ərazilərində vəziyyət, tarixi tale basqa cürdür. Anadolu da qədim türk yurdudur. Lakin zaman-zaman bizanslar orada üstünlük təskil etmislər. Anadolu həqiqətdə Səlcuqlar dövründə xüsusən Ərtural oglu Osmanin dövründə türk yurduna yenidən çevrilib.Azərbaycan oguzlari isə Səlcuq oguzlari deyil«Kitabi-Dədə Qorqud» Səlcuq oguzlarinin dastani deyil, yerli qədim Azərbaycan oguzlarinin əsəridir.  Azəbaycan dili hələ Səlcuqlarin dili normalasmadigi 14-cü yüzilliyə qədər onlara da xidmət etmisdir. Bizim bir sira alimlər isə çalisir sübut eləsin ki, heç 18-ci əsrə qədər Azərbaycan və türk dilləri olmayib və fərqlən­məyib.Avropa tədqiqatçilari bunu basa düsmək istəmirlər ki, türklər dünyanin ilk və ən qədim xalq­larindan olmasa idilər, Yer kürəsinin ekvator boyu ən gözəl əraziləri onlara məxsus olmaz­di. Etrusklarin da türk oldugunu görmək istəmirlər.  Monqollarin, yaponlarin, koreyalilarin türklərdən təcrid olundu­gu­nu etiraf etmək istəmirlər. Düsünmürlər ki, Cənubi Amerika hindulari da onlardan ayrilib o əraziyə ke­çən­lərdir.Bir mühüm cəhət də bundan ibarətdir ki, saklar Cənubi Qafqaza və Anadoluya tam gəlmə də de­yil­lər. Onlarin bir qolunun kimmerləri qova-qova bu yerlərə gəldiyi Herodot tərəfindən söylən­məkdədir. Lakin saklar Ön Asiyanin və Azərbaycanin ən qədim  tayfalaridir. Onlarin,atalari kaslar olmuslar ki, Azərbaycanda kass mədəniyyətinin 10 minillik tarixi müəyyən edilmisdir. Saklar kaslarin sonraki nəsilləridir və kas sözü ilə sak sözü yalniz metateza ilə fərqlənir. Massagetlərin Xəzərin sərqində axtarilmasi da (tarix kitablarinda bu var) dogru deyil. Massagetlər – bas saqlar  və onlarin lideri Tomiris Azərbaycan saklarindandir.

4 comments:

  1. Chox maraqli movzudur. Arashdirilmali o qeder meseleler var ki... Razilashmadigimiz meqamlar da var, shubhesiz ... Oxuduqca chox meshur bir fikir dolashirdi aglimda, "bilirem ki, hech ne bilmirem ... ". Bildiklerim kifayet etmir ... Oyrenmeye davam etmek uchun daha bir stimul oldu ...

    ReplyDelete
  2. Muzakire uchun chox ugurlu movzudur ... dushunurem ki, esas olan indi yashadigimiz yerlerde olmamizdir - gelmishik, yaxud evvelden burada olmushuq, ferq etmez ... Burada yashmaga davam etmek uchun "chalishmaliyiq" ... yoxsa hele de "itire-itire gedirik" ... Fikrimce, tarix bu gunumuzu yashamaga, sabahimizi daha ugurlu qurmaga xidmet etmelidir, mane olmali, yaxud elave problemler yaratmali deyil ... mence yalniz dunenimizde, tarixde bash verenlerle "yashamaq" sabahimiza arxa chevirmek demekdir ... Tarixi tarixchilere hevale etsek daha duz olar, belke de .... Amma heqiqi tarixchilere, konyunkturadan uzaq, heqiqeti soylemekden, yaxud "ort-basdir" etmekden ne "qazanacagini" dushunmeyen tarixchilere !!!!! Tariximizin hakim ideologiyalara uygun oyrenilmesi ve oyredilmesi her zaman meqsedli olub demekle kifayetlenmemeli, indi de her hansi meqsedlere "tabe etdirilmesine" imkan vermemeliyik ... Milli dushuncenin hele de "formalashmamasi", milli teessubkeshliyin az olmasinin en esas sebeblerinden belke de ele en birincisi tariximizi "kimlerinse umidine" qoymamiz olub ... Mence eyni sehvi bir de tekrar etmeyek ... Tariximize de sahib chixaq, onun oyrenilmesine ve oyredilmesine de ...

    ReplyDelete
  3. Yazdiqlarimi tekrar oxuyarken bir qeder "haqsizliq etdiyimin" ferqine vardim ... tariximizi oldugu kimi oyrenmeye ugurlu, ugursuz cehdler eden, ozunun karyerasina, gelecek inkishafina olarin-olmazin maneeler yaradilacagini bile-bile "vicdanli" olmaga, heqiqeti soylemeye chalishan, bu gun hamimizin oz dediyimizin heqiqet oldugunu subut etmek uchun fikirlerinden done-done istifade etdiyimiz "yashli nesil" tarixchilerimize ... bu gun haminin chox boyuk rahatliqla "heqiqet" dediyi, chox asanliqda haqqinda danisha bildiyi bir chox meseleler haqda evvelki zamanlarda hetta dushunmeyin bele ne qeder imkansiz oldugundan xebersiz olan choxumuz "bu gune qeder tariximiz tehrif olunub, duz oyrenilmeyib" demekle eslinde nece haqsizliq etdiyimizden chox vaxt ozumuz de xebersiz oluruq ... amma bilerekden, yaxud bilmeyerekden - ferq etmez, ozumuzden evvel gelen, bu gun eserlerinden behrelendiyimiz tarixchi-alimlerin haqqini da tapdalamayaq mence ... yazanlar, oyrenmeye ve oyrendiklerini bizlere chatdirmaga chalishanlar her zaman olub, amma onlarin yazdiqlari "teblig olunmayib", haqlarinda danishilmayib, el chatmayan yerlere atilib ... bu, yazanlarin sehvi, yaxud gunahi deyil ... ne yaxshi ki, yaziblar, ne yaxshi ki, yazilanlar var ... ve biz bu gun bosh yerde bashlamiriq yazmaga, onceki numunelerin uzerinden bashlayiriq ..

    ReplyDelete
  4. Valla, belə başa düşdüm ki, bütün dünya Türkdür :)

    ReplyDelete

Day 23: GRE Vocabulary, Success Journal, Kick-Boxing, Balance of life

Learning new words has been something I never enjoyed. The idea of having to write a vocabulary, and memorize words always irritated me. How...