Friday, January 20, 2012
Bjezinskidən cixarishlarim....
Son həftə Bjezinski ve Brent Scowcroftun qarşılıqlı mülahizələri və jurnalist David Ignatiusun sualları əsasında hazırlanmış, Amerika xarici siyasətinin gələcəyinə dair söhbətlər-"Amerika ve Dunya" kitabını oxumaq şansım oldu. Uzun müddət dövlət müşaviri vəzifesində çalışmış Amerikanın xarici siyaset strategiyasını müəyyənləşdirən bu iki şəxs Washington postun məşhur jurnalisti David Ignatiusun suallarini cavablandırır, Amerikanın hazırkı problemlərinin həll yollarını və dünya liderliyinin əldə saxlaya bilmələri üçün axtardıqları yollar, ABŞ maraqlarına uyğun Yeni dünya düzəni-bu düzende ayrı-ayrı regionların rolu ve problemləri geniş işıqlandırılır. Oxumağı çox məsləhət bildiyim bir kitabdır. Indi isə ümumi məzun və çıxarışlarımla tanış ola bilərsiniz.
***
Ilk chapter de problemlərin necə ortaya çıxdığı, hansı səbəbdən yarandığı müəyyənləşdirilməyə çalışılır. George Marshaldan stat gətirən David Ignatius "Problemlərlə döyüşməyin". Ilk öncə problemi anlamamız, sonra onu dəqiq incələmək, özümüzə tam aydın etmək, daha sonra isə çözmək gərəkdir.
Bjezinski diqqətimi çəkən ilk məqama toxundu. Prezident Buş "Ulusa səsləniş" nitqində "Terrorla mübarizə əsrin ideoloji kimliyini müəyyənləşdirəcək" demişdir.- Bu kökündən yanlış bir ifadədir. Bjezinskinin qeydlerinə göre 21 ci yüzil 3 böyük dəyişmə ilə müşahidə olunacaqdır:
1) "Kürəsəl oyanış" dünya əhalisinin hər zamankınden daha çox siyasi aktivliyi
2) Qlobal güc mərkəzlərinin Atlantik dünyasından Uzaq Şərqə keçməsi
3) Qlobal ekoloji problemlər
Soyuq müharibədən sonra Amerikanın özünə arxayınlaşması çıxış nöqtəsi olaraq göstərilir. Məhz bu "Iraqla baglı siyasi sehf etməklərinin səbəbi olur"
Scowcroft oyanışın 11 sentyabr hadisələri olduğunu bildirir.
Soyuq müharibə sonrası itirilmiş fürsətlər:
1) Israil-Fələstin sülh razılaşmasına təzyiq kimi Səddamın Küveytdən çıxarmaq üçün əməliyyat həyata keçirmək olardı
2) Klinton iqtidarı dönəmində Yeni Rusiya Federasiyasını Qərb dünyasına daha yaxınlaşdırmaq və bununla daha demokratiklə.dirməsinə ikna etmək.
Hədəf: Orta Doğudan başlayıb dünyayı təkrar düzənləmək.
Iraqa hücumdakı digər bir səhv müttəfiqlər bloku ilə birgə hərəkət etmək idi. "We can handle it" dedilər o zaman.
ABS ordularının Iraqda qaldığı müddətdə ölkənin demokratikləşməsinə yardım edə biləcəkləri xülyası alt-üst olmuşdu. Növbəti yanlış demokratik bir yapı üçün ölkədə bir bazisin formalaşdırılmış olmaması idi. Bütün şeylər inkişaf əvəzinə gerilik gətirmiş, ölkənin həyatini alt-üst eləmişdir.
Qorxu: Vəziyyətin partlamaya hazır olması, Iraqdan-Irana və Əfqanıstana genişlənmiş bir hala gəlməsidir.
***
Qlobal sistemi formalaşdırmaq yolunda ilk addım var olan kürəsəl qurumları Çin, Hindistan, Yaponiya ve Indoneziya kimi şəfəqdə görünən yeni güc mərkəzlərinin inkişafını içinə alan yeni həqiqətlərə görə tənzimləməkdir.
Çin ömrümüzün geri qalan qismində görəcəyimiz üzərə dünyanı dəyişdirən güc olacaq.
Köhnı qurumlar hər biri tamam başqa məqsədlərə görə yaradılmışdı. Məsələn CIA tək bir hədəf üçün qurulub təşkilatlanmışdı: Sovetlər birliyi. NATO indi Əfqanıstanda-ancaq NATO Əfqanıstan kimi bir problem üçün qurulmamışdı. Və bir də BM var. "Hələ soyuq müharibədən qalma bir sərxoşluğun təsirindəyik"
Qurumların ciddi dəyişikliklərə ehtiyacı var. Dünya Bankı ve BVF üçün bu alınmayacaq bir iş deyil amma Birləshmiş Millətlər, xüsusən də Security Council-i dəyişdirmək çətin olacaq. G8-in əhəmiyyətini itirdiyini qeyd edən müəllif, Yaponiya, Çin, Hindistan kimi Asiya ölkələrinin yanında Braziliya, Meksika, Cənubi Afrika kimi bir çox ölkəni içinə alan ən önəmli ölkələrdə təşkil olan G14 ya da G16 qura bilərik yazır.
Yenidən tənzimlənmiş bir Atlantik ittifaqının; açıq və qoşulmağa hazır olanları qəbul edəcək olduğu halda dünyadakı sülh ve sabitliyin təminatında daha yararlı olacaq.
Digər bir məsələ Amerikalıların gərəkdiriləcək intellektuallığa sahib olmaması göstərilir. Daha çox içinə qapali bir toplum olduqlarından ( burada ərazi faktoru, təbii cəhətden xarici düşmənlərdən bugünədək mühafizə olunmuş olmalarından dolayı ) dünyada baş verən proseslərlə maraqlanmamaları, cografi biliklərinin zəif olduğunun narahatlığını dilə gətirir.
***
Özümüzün yaratdığımız krizlər- adında 2 ci başlıqda İraq müharibəsi nisbətən təffərrüatlı şəkildə göstərilir.
15 avqust 2002 ci ildə "The Wall Street Journal" da Scowcroftun -"Səddama hücum etməyin "(Dont attack Saddam) başlıqlı yazısı dərc olunmuşdu. Məqaləsində-"Iraqa qarşı yürüdülən hər hansı bir səfərbərlik stratejisi, maliyyəti ve riski nə qədər olursa olsun,-bizi terrorizmlə olan mübarizəmizdən kənarda qoyacaqdır." Terrorizmlə mübarizə Əfqanıstanda -Bin Ladene qarşı əməliyyatlar idi. Dəyişən bu ki biz indi Iraqdayıq ve müharibə yeni problemlər yaratmiş görünür. Orta Şərqin tamamında, Şərqdə Pakistana qədər olan bölgədə kin ve nifrəti alovlandırdı və bütün bunları qaynama nöqtəsinə qədər gətirdi. Dünya Petrol reservlərinin üçdə ikisinə sahib bu bölgə Sünni, Şiyə, Fars ve Ərəb çatışhmaları mövcud olduğu müddətdə Iraq daim istikrarsızlıq qaynağı olacaqdır.
"Iraqın ən istikrarlı və ən az şiddət gözləmləndiyi yerlər özlərini idarə edən bölgələrin olmağı cox qəribədir. Bu bölgələr Şərqdəki Şiyə bolgəsi, güvəndiyimiz qəbilələr yerləşən Sünni mərkəzi və Kürdistandır. Iraqda nə qədər uzun qalsaq, oradan çıxmağımız Iraqın təkrar birləşməyində o qədər az fürsət verəcəkdir."
***
Irana gəlincə, Iraqın işğalından və Səddamın devrilməsindən ən çox qazanan Iran oldu. Terrorla mübarizə dövründə, daha sonra, Iraq və Əfqanıstan məsələlərində Iranın hər iki tərəfdəki düşmənləri ortadan qaldırıldı.
Iranı nüvə silahlarına ehtiyacı olmadan bölgədə özünü təhlükəsiz hiss etməyini təmin edən stratejik müzakirələrin edildiyi bir çətir ətrafına toplamalıyıq.
Iran düşündükləri qədər güclü deyil, Sayılmayacaq qədər iç problemləri olan, iqtisadi inkişafı gecikmiş, gənc nüfusunun çoxu fanatik din idarəciliyindən narazı olan və gənclərin özəlliklə qadınların gələcək üçün örnək aldıqları ölkə Türkiyə və Avropadır.
Iranın etnik probleminə toxunan Bjezinski: Iran Orta Şərq ölkələrilə qarşılaşdırıldığında olduqca güclü bir dövlət kimi görsənsə də çox ciddi etnik problemləri olduğunu yazır. Əhalisinin kobudca üçde biri ya da dörddə biri Azərbaycanlılardə. Azərilər Iran sistemində digərləri ilə müqayisədə çox daha yaxşı mənimsəmişlər amma artıq bu dəyişir; çünki artıq başları üstündə ABŞ-la əlaqəli, Avropaya bağlanan, böyük miqdarda petrol qaynaqlarını Bakı-Ceyhan boru xətti sayəsində gedərək zənginləşən Qərbin bir parçasi halına gələn müstəqil bir Azərbaycan qonşuları var.
Iranda ve digər yerlərdəki Azərilər gedərək başlarını quzeye doğru çevirirlər. Bir zaman sonra "Azərbaycanin bir parçası olmamız gərəkmirmi? deyə soruşmaga başlayacaqlar. Azərilərlə bağlı bu vəziyyətə hələ çalxalantıların davam etdiyi Qərbdəki Bəluilər ve Iraq sərhəd yanındakı qalan ərəbləri də əlavə etməli olsaq Iranın öhdəsindən gəlməsi gərəkən çoxlu zəif nöqtəsi var."
Ignatius Iranı devrimçi Napoleon Fransasına bənzədir və qarşısı alınmayana qədər yayılmaya davam edəcək deyir. Livanda Hizbullah, Fələstindəki Həmas vasitəsilə güc alır. Bölgədə və müsəlman dünyasında Amerikaya qarşı nifrət artdıqca Iranın gücü, təsir etmək imkanları bir o qədər çoxalacaqdır. Bölgədə qarışıqlıq yaranarsa Iran bundan kəsinliklə çıxar qazanacaqdır.
Israil-Fələstin arasındakı uzlaşma bölgənin ruh halını dəyişdirəcək ve Iranı yenidən müdafiə vəziyyətinə döndərə bilər.
Dogru siyasət yeridilərsə Iranı getdikcə Türkiyəyə bənzədilə biləcək bir ölkə ola biləcəyini Bjezinski deyir. Iranın nüvə məsələsinə toxunan ve onu imkansız edən digər bir məsələ də əgər uranı zənginləşdirməyinə icazə verilərsə, bu yolla, Misir, Səudiyyə Ərəbistanl və Türkiyə kimi ölələrin hamısı eyni şeyi istəyəcəklər.
Irana olacaq bir hücum, ABŞ-ın müharibəyə qoşulmasıyla Iraq, Iran, Əfqanıstan və gedərək Pakistanı əhatə edən bir Basra Körfəzi müharibəsinə dönüşəcəkdir. Dünyadakı yerimiz, gücdən istifadə əhatəmiz, dünya iqtisadiyyatı, xalqın duyğuları, Islam dünyası ve muhtəmələn dünyanın bizə baxışı bu vəziyyətdən o qədər pis yara alacaq ki bu hücum ancaq ən son çizgi keçiləndə təşkil oluna bilər.
***
Israil-Fələstin barışıği 4 parametrlə özünü göstərir
1) Fələstinlilərin Israilə dönme haqqı yox
2) Qüdsün paylaşılması, Şərqi Fələstinlilərin
3) 1967 sərhədlərinin bərpasi
4) Fələstin hərbisizləşdirilir, Urdun çayı ABŞ hərbi hissələri yerləşdirilir
Prioritet məsələ Ərəb dövlətlərini Iranın təsirindən qorumaq idi. Bunun üçün Israil-Fələstin barışığı zəruridir. Mərkəzi fiqur Suriya göstərilir. Suriya Livan münasibətləri yaxşılaşmalıdır. Özəlliklə Suriya və Israillilər arasında barışıq imzalanarsa Suriyanın Iranla olan bağı zəifləməyə başlaya bilər.
Nəticə: Ərəb baharı - Fələstin-Israil barışıq anlaşması üçün zəruri idi. Inqilablar nəticəsində hakimiyyətə gələn yeni hökumətlər Iranla maximum uzaq Israillə isə yaxın münasibətlər quracağını gözləyirəm.
Pakistan məsələsində-Pakistan 2 ci Iran ola bilərmi sualı qoyulur ortaya, nəticə ortaq cəhətlərle yanaşı bir çox fərqliliklər de ortaya çıxır. Iranı islam inqilabından öncə şah rejimi yönədirdi, Pakistanda isə əksinı hakimiyyət daha çox ordunun əlində mərkəzləşib.
***
21 ci yüzilin gətirdiyi ən böyük zorluluğun digəri yüksələn Çinin sistemi sarsmağını önləyib, kürəsəl millətlər birliyinə tarazlayıcı bir formada sistemə daxil etməkdi. Qarşıdakı növbəti sual, Çinin böyüməsini necə öz çıxarlarımıza dönüşdürə bilərik?...
Tarixə nəzər saldıqda hazırkı Çin yönətimi demokratik sistem olmasa belə heç zaman hücumçu bir siyasət yürütməmişdi. Əksinə tarixlərinin böyuk bir qismi xarici düşmənlərdən müdafiə olunmaqları ilə zəngindir(türklerin hücumları nəzərdə tutulur ;) )
Çinlə əməkdaşlıq 1970 lərin əvvəlində Soyuq müharibənin mərkəzinə uzanıb Çinlə birlikdə Sovet hegemoniyasına qarşı durmağımız gərəkdiyi qərarini aldığımızda başladı.
Iqtisadi anlamda inkişaf etdikcə dünyaya ehtiyacları oluduqlarını anlayırlar.
1) gederək xam maddə idxalatlarından asılı hala gəlirlər
2) istehsalatları üçün xarici bazarlara son dərəcədə bağlı qalərlar
3) xam maddələrə və satış bazarlarına çıxmaq üçün təhlükəsiz bir beynəlxalq sistemə ehtiyacları olduğunu anlayırlar.
Brent-in dediyi kimi 1 ci dünya müharibəsi zamanı Almaniyanın etdiyi kimi sistemi alt-üst etmık niyyətində deyillər. Sistemə daxil olmaq istəyirlər. "Çini sistemə qatmaq üçün dqnyada uzun illərdi olmayan bir fürsət var.
Bu günki inkişaf səviyyəsinə necə gəldikləri mövzusu çox maraqlı təcrübələri olduğunun şahidi oldum. Ilk növbədə Çin yönətiminin özlərini eyitmeleri yönündə planlı calışmaları vardı. 5 il öncəyə Çin yönətimi sadəcə yüksək görəvliləri üçün mükəmməl seminar hazırladı. Bütün yüksək səviyyəli məmurlarin iştirakı məcburi olan və bütün yüksək məmurların bilmələri olan mövzular bunlar idi.
1) Anayasa ve Hüquq.
2) Dünya iqtisadiyyatı və xüsusilə qloballaşma trendləri.
3) Ipmerial güclərin yüksəliş və çöküşləri çərcivəsində dünya tarixinə baxış.
Çində ziyalı təbəqənin toplandığı, tərif olunan kimi özlərinin bəlli mövzularda bilgiləndirmə arayışına girdikləri, yüksək elitlərin yönətimi bənzəri Konfutsici bir ünsür var.
Çinin demokratikləşməyi olduqca problemli bir məsələ. ABŞ bu istiqamətdə qzərinə gəlmək istəmir. ( aşırı nufuz, ve s problemlər, dərhal demokratiyaya keçidi məhv edici nəticələrə getire biler ) Yönətimin olduqca ağıllı olduğunu bildirən Bjezinski hazırda planlaşdırılan digər bir məsələ "demokratik olmayan bir sistemə demokratiyanin necə yerləşdirilə biləcəyini sorğulayan xalqa acıq bir müzakirə"
Cinin problemleri -- Tayvan---Tibet---Honkong---
Tayvan həm kobudca tanımlanan Çinin bir parçası həm də Çindən ayrı. Həm də Tayvan ve Cin arasindaki baglari quvvetlendirmeye, ailə bağlarını toplumsal əlaqələri teshviq etmeye, TAyvan boğazındakı yatırımlara dəstək verməyə, hava neqliyatinin inkişaf etdirməyə yeni qısaca vəziyyəti normallaşdırılması üçün çox şey etməyə hazırlar.
Den Xiaopingin "Tek bir Cin, iki ayri sistem" deyimi. Tek bir Cinde Hongkong un ayri anaveten Cinin ayri hokumet sistemlerine sahib olmagi anlaminda bir ferqlilik olurdu. Bu gune nezer saldiqda "Tek bir Cin, coxlu sistem" gorushu daha uygun olar. Cunki Tayvan da da ferqli sistem yashanir. Tayvan bir demokrasi. Cin ile arasinda varolan, bogazlar arasi (Cross-Strait) yatirimlari, telebeleri ish adamlarinin, figer insanlari tanishmaqlari kimi movzularda daha yaxin munasibetler qurula biler. Bunun neticesi olara Cinin bir cox sistemin yoneticisi veziyyetine geleceyi gorune biler.
Tibet de yashanan veziyyet cox daha cetin. Cunki gercekden cox ayirt edilebilesi etnik bir kulturu var. Cin Buddizmin beshiyi. Mesele Cinin Tibeti kontrolu altiginda tutdugundan qaynaqlanmir, cunki Dalai Lama bele Cinin idareciliyini qebul etmeye hazir. Feqet cinliler gelishme ve yerleshme movzusunda Tibetlileri ezmeye bashlayirlar. Eger qarishiqliq cixartmaq istemirlerse, cox boyuk kulturel ve dini ferqlilikleri olan bu toplumnan gercekden uyum saglamaq ucun cinlilerin daha artiq qayret gostermekleri gerekir.
Zbiq-in dediyi kimi "Cin boyuk bir ana veten olub, Tayvan, HongKong, Tibet ve digerleri ayri parcalar olaraq icinde saxlaya biler." Bir gun bura Singapur bele daxil ola biler.
Diger bir sual, bolge Asiya-Cin mi, Asiya-Cin-Yaponiya-ABS mi?
Burada politik bir savashdan soz gede bilmez. Bu daha cox Cinin ozunu yeni sisteme daxil etmeyi sirasinda sozugeden bazarliq ve uyumdur. "Bu esnada biz oz cixarlarimizi qorur ve digerlerinin kurnazca daha cox merkezli bir Uzaq Sherq-in qorunmasi ucun bize yardim etmeler ucun yonlendirerek agillica davranariq. Yaponiya ile munasibetlerimizin hele onemini qorumaga dava etmeyinin sebebi de bu."
Hindistan da burada onemli rol ustlene bilesi bir noqtedir.
Diger bir mesele Simali Koreya. Eslinde Quzey Koreya meselesinde Cinle ABS in boyuk emekdashligi olmushdu, ve meselenin hellinde Cinin boyuk komeyi deymishdi. Azindan her ikisi komunist sistem olmalarina baxmayaraq Cin Quzey Koreyaya basiniz derde girerse kureyinizi bize dayayamayacaqsiz dedi- Bjezinskinin sozlerine gore. Quzey koreya cox ciddi Iqtisadi problemle uz uze. Quzey Koreyanin dunyaya acilan ticaret qapisi Cin. Ne Yaponiyanin ne de Rusiyaninin cin qeder tesiri ola bilmezdi. Bu sebeble Cin cox yardimci oldu. Bjezinskiye gore "Eger Koreya birleshecek olursa, ABD ya da Yaponiya yerine, boyuk ehtimalla gec tez Cine dogru yonelecekdir. Bu baximdan cinin yardimci ve barishci tavirlariyla uyguladigi siyasetinin uzun vadede meyve vereceyi aciqdi" --------Bayaq qurdugumuz siyahiya birleshik Koreyani da elave etsek Cin heqiqeten cox boyuk bir quvve olaraq gelecekde qarshimiza cixacagi gozlenilir. Bele ki sxemimiz bele merkezde "anavatan Cin, etrafinda Tibet, Hongkong, Tayvan, ( burada cox sistemli cin formalashir) siyahiya Singapuru da elave edirik, tesir imkanlarina gore de Hindistan ve birleshmish Koreyanin da daxil oldugu bir sistemi tesevvur edersek, quvveler balansi hec de ABS ve Yaponiyanin xeyrine deyil. Anladigim qederi Cinin boyuk quvve olaraq inkishafinda ve ortaya cixmasinda maraqlilar.
Quzey Koreyanin Nuve meselesine toxunarken onu qeyd etmek lazimdir ki Sahib olduqlari silah, tekrar ishlenmish yanacaq yeni Plutoniumdan hazirlanir. Bu zenginleshdirilmish Uran dan hazirlanan silahlarla qarshilashdirildiginda istifadese ve partlashimi cox cetin olaran silahlardi. Uranium bombasinin hazirlanmasi hardasa usaq oyuncagidi ama plutonium bombasi ele deyil..
Ignatius gelecek 10 il erzinde Quzey Korenin ani ve koklu deyishimlerin yashanacagini prognoz edirdi. Bu sehifeleri oxudugumda Kim Jong Il in olumu gozumun qarshisina geldi. KIm bilir belke de bu bir bashlangicdi...
Yaponiyaya gelince Cinle olan munasibetlerin bu istiqametde getmeyinden dolayi Yaponlar ozlerinin dishlandiqlarini ve sevilmediklerini fikirleshirdi. Yaponiyaya gerekdiyi qədər önəm verilmədiyini, Çinlə bir razılaşma etməli olduğumuzdan ozlerinin dishlanacagindan narahatlanirdi. Cini Yaponiya qarshisinda rahatlamasini sağladıq. Yaponiyanın da bizə ehtiyacları olduğunda orada olacağımızı düşünməsini sağlarız. Cin Asiyadaki ana torpaqlardaki en onemli ortagimiz oldugu açıqdır. Yaponiya isə Sakit Okean ortağımız. Yaponiya beynəlxalq təhlükəsizlikdə bizimlə daha çox baglantı qurur. Çin bir çox ekonomik ve finansal qurumlardakı seçmə və seçilmə haqlarını əldə edəcək; Yaponiya isə ümidvarıq ki Təhlükəsizlik Şurasında.
Müəyyənləşməmiş qalan Çin-Rus münasibətlərinin necə bir şəkil alacağıdır. Əgər Çin ilə olan münasibətimiz zərər görürsə, köhnə Çin-Sovet ortaqlığının canlanması cəzbedici bir hala gələ bilər. Lakin bunun ehtimalını azaldan bir çox səbəblər vardır. Əgər Çin-Rusiya sərhədlərinə baxarsaq, nüfus özəlliklərinin, təbii sərvətlərə olan tələb sizə bu bölgənin xəritəsində qəribə bir şeyin olduğunu düşündürə bilər. Sərhədin bir tərəfində 35 milyon nüfusu olan və geri qalan Asiya qədər böyük bir ərazi. Digər tərəfdə isə, Asiyanın geri qalan qismi, gedərək yayılan, zənginləşən, gücləşən, çağdaşlaşan üc yarım milyard insan.
Rusiya Asiyanın Səudi Ərəbistanı rolunu üstlənə bilər.
***
Yeltsindən sonra hakimiyyətə gələn Vladimir Putin haqda maraqlı faktlar deyən müəlliflər ilk öncə Rusiya prezidentinin dünya görüşünü aydınlaşdırmaga calışırlar. Sovetlər Birliyinin sona çatmasını 20 ci yüzilin ən böyük geopolitik fəlakəti kimi qiymətləndirir. Digər bir maraqlı fakt. "Ikinci olaraq başqanlıq etdiyi dönəmdə ailəsinin soyundan danışdığı bir reportaj olmuşdu. Ailəsində ən çox təqdir etdiyi seks babası olduğunu söyləmişhdi. Babası kim idi? LEnin təhlükəsizlik görəvlisi. daha sonra da Stalinin əslində yemək tadımcısı idi. Bu kişi Putinin ən cox təqdir etdiyi kişidir.
Daha sonra prezident olmasından bir il sonra KGB nin əməkli olmuş ya da calışan bütün generallarının toplandığı illik qutlamaya getmişdi. Içəriyə girdi, onların önundə durdu, salamladı ve "Komandanlar, ilk görəv tamamlandı" dedi. Bəlkə bu bir zarafat idi. Fəqət KGB seçkinlərindən və xaricdə mevzilənən KGB agentlərinin gəldiyini də unutmayın. Bunlar Sovetler birliyinin Şımarık usaqlarıydı. Qərb kitablarına əlləri çata bilirdi, xaricə səyahət edə bilirlərdi, güvənilir kişilərdi. Sovetlərin parçalanmasını izlərkən ruh hallarını çox yaxşı təsəvvür edə bilirəm. Və bunların içindən coşqun, gənc ve hirsli bir qrup insanın "Bu durum kontrol altına alınmalı" dediyini düşünə bilirəm. Qısacası məncə Putin cərəyan edən hadisələrə qarşı tepki verirdi. Köhnə imperiya sisteminin yenidən qurulayacağı gerçəyini həzm etdiyini düşümürəm. Keçmişdən ilham alırdı."
Ayrıca məntiqli biridir, yeni bir Sovetlər Birliyi yaratmağa çalışmır. Amma 2 şey edəcək. Öncəliklə Qərbi kənarda saxlamaq üçün Asiyanı ola bildiyinə izolə etməyə calışacaq. Bunu Orta Asiyanın bütün qaz və neft borularını Rusiyadan keçirəcək etkin bir şəkildə edir. Ikinci olaraq geopolitik önəmləri olduğu üçün Ukrayna və Gürcüstan kimi ölkələri özünə bağlamağa çalışacaq. Ukrayna, çünki əgər Ukrayna gedərsə Slavyan birliyi üçün heç bir şans qalmayacaq ve Rusiya sadəcə ulusal bir dövlət olacaq. Gürcüstan çünki Qafqazlarda önəmli ve Bakı-Ceyhan boru xətti Rusların kəsmək istədiyi Xəzərə sağlayır.
Putinin ən narahat olduğu məsələlərdən biri də NATO-nun Rusiyanın mərkəzinə qədər gələn qapılara qədər genişlənməsiydi. NATO-nun Ukrayna və Gürcüstanı daxil edərək genişlənməsi təklifi Rusları gerçəkdən alt-üst etmiş kimi görünürdü.
Nükleer silahlanma qarşıtlığında ortaqlıq ( Iran nüvə məsələsində öz çıxarları olmasa da heç də ABŞ-ın tərəfinin tutacağı gözlənmir )
Rusların daha əvvəl haqqında danışdığımız bölgədə, yeni Kürəsəl Balkanlarda böyük çaplı istiqrarsizlığın yaşanmasını istəmədiyini düşünürəm. Çünki bu vəziyyət Rusiyaya qədər yayıla bilər. Nəzərə alsaq ki Rusiyada yaşayan 30 milyon insan Müsəlmandır. Bu səbəblə Ruslar üçün potensial sıçrama təhlükəsinin olduğu "Balkanlarda" sabitlik önəmlidi.
Çin və Amerikanın müttəfiq olmasından da narahatdırlar, çünki bu Çinin Rusiyaya qarşı daha çox basqı edə bilməsinə imkan verəcəkdir. Bu bizə istifadə edə biləcəyimiz bəzi diplomatik seçimlər verəcəkdir. Önəmli olan böyük bir imperatorluq gücünə təkrar sahib olunması istəyini azaldan və zaman içində öz rəqabetçi imperial sistemini yaratmaqdan ziyadə Qərbə daha yaxın bir birlik içində olma şansını Rusiyaya verən geopolitik bir vəziyyət yaratmaqdır.
Praktik mənada bir çox şey ifadə edər. Öncəliklə, enerji ixracatçıları olaraq Orta Asiya ulusları ilə daha doğrudan iqtisadi bağlantılar qurmaq üçün planlı çalışmalı və yolların kəsilməsinə göz yummamalıyıq. Yeni Bakı-Ceyhan boru xətti önəmli bir stratejık başarıdır. Nabucco boru xəttini buraya bir dəstək olaraq düşünürük. Bu mövzuda israrlı olmalıyıq. Çox uzun çəkməməsini istədiyimiz orta Asiyadan Əfqanıstan ve Pakistan yolu ilə Hind Okeanına çatacaq boru xəttləri mümkün olacaqdır.
"Rusiyanı Avropaya yaxınlaşdırmanın və Rusların Avropalı kimliyinə və gələcəyinə sahib olmalarına icazə vermənin Amerikanın hədəfi olmasi gərəkir, ve Avropalı Ukrayna bu yplda ilk addımdır."
Ruslar hələ də Çinə bir çox hərbi sursat satırlar. Lakin qənaetimcə Rusiyanın geopolitik bir düşməni varsa o da Çindir. Sibir, böyük gücler arasında catışmanın mərkəzi nöqtəsidir.
Şanxay Əməkdaşlıq Təşkilatı Ruslar üçün ikitərəfli bir qılınca bənzəyir. Ilk başda Çini kontrol altına almanın bir yolu olaraq görürdülər. Fəqət sonucda Çinin Orta Asiyadakı varlığının hüquqi dayaği halına gəldi. Moğol istilasından bəri ilk dəf\ Çin birlikləri müştərək tədbiqata qatılaraq qərbi Qazaxıstanda ve Rus torpaqlarında idilər. Zbiq Qırgızıstanda ilk dəfə səfərində Bişkekdə mərkəzi küçənin adı LEnin Prospecti olduğunu bildirir. Indi isə həmin küçənin adı Mao-Deng_Xiaoping Prospect-di.
Orta Asiya Cümhuriyyətləri ilə baglı məsələdə siyasi münasibətlərdən daha çox iqtisadi ilişkilərə önəm verildiyini qeyd edirlər. Özəlliklə də enerji ixracatı üçün, yeni boru xəttləri: qaz ve petrol.
Qırgızıstandakı sıra dağlardakı qarlarla dünyanin ən geniş hidroelektrik gücünə sahibik, çox ciddi elektirik gücü ehtiyacınız var və biz Orta Asiya Cümhuriyyətləri ilə Əfqanistanı bir-birinə bağlayan bir bölgə yaratmalıyıq. Təxmini olaraq 2008 ilindəki Böyük Oyunun boru xəttlər ilə əlaqəli olduğuna əminəm. Daha əvvəl danışdığımız Xəzər boru xəttinin önünə keçmək üçün Rusiyanın Gürcüstan üzərinə basqı etməsinin səbəblərindən biri dı budur. Bu Saakaşvili deyil, Gül inqilabi deyil, bu BAKI-CEYHAN boru xəttidir. Hara axdığına baxın. Azərbaycan və Xəzər dənizindən çıxıb Gürcüstan yolu ilə Türkiyə ve Qərbə axır.
Rusiya o ya da bu şəkildə Qərbə yaxın görmek istəyirik. Məncə Rus siyasi kültürü Asiyadan ziyadə Avropaya yaxın. Bir baxıma Avrasiyalı da deyilə bilər. Amma Rusların istədiyi yaşam tərzi ve özlərini bagdaşdırdıqları kültürəl soy təməldə Avropalı, Qərbli ve Xristian. Uzaq kimi görünsə də Rusyanın gedərək demokratikləşməsi məntiqli bir hədəfdi. "Məncə Medvedevdən sonrakı yeni nəsil Rus liderlər köhnə dövr liderlərdən daha demokratik, daha Avropalı olacaqlar. Bir gün Rusiya prezidenti-əgər Medvedev qalmağa davam etməz və Putin geri dönməzsə, bəlkə Medvedevdən sonrakının -Harvard Business məktəbinin ya da London Ekonomi məktəbinin məzunu olacağına ümid edirəm."
***
Yeni Avropa nədir? və ABŞ üçün hansı yeni təhlükəsizlik məsələlərini ortaya qoymaqdadır?
Amerikan baxış bucağından baxarsaq, bu yeni Avropanın 1. daha geniş olması, 2. siyasi cəhətdən daha net tanımlanmış olması, 3. özünə aid bir hərbi gücünün olması və 4. Birləshmiş Ştatlara müttəfiq olması bizim çıxarlarımızdadır.
Tarixi və külturəl anlamda tanımlanmışh bir Avropanın oluşumunun hələ bitməmiş bir sürəç olmasından Avropa daha genişlənməlidir.
Amerikan baxış açısı ilə, Türkiyənin belə bir Avropanın içində yer alması istənilir bir durumdur, çünki kənarda qalmış bir Türkiyənin Orta Şərq ölkəsi olması və dolayısı ilə Orta Şərqi Avropaya gətirmesi muhtəməldir.
Avropa, ortağımız olması açıslndan siyasi olaraq daha dəqiq tanımlanmalıdır. Avropa sosio-iqtisadi alandan siyasət və hərbi alana qədər müxtəlif sahələrdə keçərli qərarlar ala bilməsini istəyirik.
Üçüncü olaraq Avropaıin əsgəri anlamda daha yetərli olması vacibdir, çünki ortaq bir şox problemlərimiz var. Əsgəri olaraq daha güclü bir Avropa bir müttəfiq olaraq daha yaxşı olacaqdı. Nicolas Sarkozy Avropanın 6 önde gələn ölkəsi- Fransa, Ingiltərə, Almaniya, Ispaniya, Italiya və Polşanın hər birinin on min əsgər verməyilə 60 min əsgərdən oluşan daimi ozəl bir birlik təşkil olunmasını təklif etdi.
Son olaraq Avropa ile qərarlar qədər yükləri də paylaşacağımız gerçək bir ortaqlıq yararımıza olacaqdır.
Kürəsəl ağırlıq mərkəzinin Uzaq Şərqə axması bir gerçəkdir. Və Atlantik ölkələrinin dünyadakı 600 illik hakimiyyəti azalmaqdadır. Yenə Şimali Amerika və Avropanın ortaq intelektual, ekonomik ve əsgəri qaynaqlarına baxacaq olursaq, əgər agıllıca səfərbər edilərsə və doğru siyasətə diqqətləndirilirsə, Atlantik topluluğunun hələ önəmli və bəzi istiqamətlərdən seçkin bir rolu vardır. Bunun üçün Ortaq bir stratejik yön bəlirləmək. Qərar almaq və yük alma paylaşımında ədalətli bir dəngə qurmagımız. Və sadəcə özümüzə xidmət etməyən əksinə kürəsəl ekonominin daha böyük boyutlarına xitab edən hədəflər bəlirləməmiz gərəkir.
Əgər bunları edə bilsək, Qərb dünyasında bir neçə on il daha önəmini qoruyacaq. Uzaq Şərqə qarşı çox daha özənli olsaq belə, Yaponiyanın da bizə bizim onlara ehtiyacımız olduğu qədər ehtiyacı vardır. Tüm qlobal liderlik potensialına rəğmən Çin önümüzdəki bir neçə on il müddətində ciddi altyapı problemləri ve kasıblıq problemi olan bir ölkə olaraq qalacaqdır. Hindistanın öz ulusal birliyini qoruya bildiyini isbatlaya bilməsi gərəkir. Çoxluğu siyasi olaraq aktiv olmayan və hərəkətə keçirilə bilməmiş insanlardan ibarət 1 milyardlıq nüfusu var. Bir-birindən etnik, din ve dil olaraq son dərəcədə fərqli olan bu nüfuzun siyasi anlamda oyanması sonucunda nə olacağı böyük sualdı. Bu səbəbdən Qərbin üzərinə vəzifə düşür. Yön bəlirləyəcək və Atlantikin üzərindən işbirliyi edə biləcək bir liderliyə ehtiyac var.
Avropanın TAM SIYASI BIRLIK olması ən vacib məsələlərdəndir...
Subscribe to:
Post Comments (Atom)
Day 23: GRE Vocabulary, Success Journal, Kick-Boxing, Balance of life
Learning new words has been something I never enjoyed. The idea of having to write a vocabulary, and memorize words always irritated me. How...
-
YENİ DÜNYA DÜZƏNİ ŞƏRAİTİNDƏ MƏRKƏZI ASIYA REGİONU GEOSİYASİ MARAQLAR SİSTEMİNDƏ Açar sözlər: Yeni dünya düzəni, Mərkəzi Asiya, dün...
-
Learning new words has been something I never enjoyed. The idea of having to write a vocabulary, and memorize words always irritated me. How...
-
Azərbaycanda yüz illər öncə türkçülük yarandı. Təbiidir, çünki əhalinin böyük əksəriyyəti türkdür. Daha sonra azərbaycançılıq meydana çıxarı...
No comments:
Post a Comment