Türklərin ilk məskunlaşdıqları ərazilər haqda mübahisələr uzun illəridir davam etməkdədir. Bildiymiz kimi buna aid 4 əsas nəzəriyyə vardır, hər biri ətrafında da cox geniş müzakirələr getməkdədir. Hazırkı məqalədə Altay nəzəriyyəsini arasdırarkən qarşılaşdığım bəzi maraqlı məlumatları sizinlə paylaşmaq istədim. Məncə çox maraqlıdır... Demək, böyük ehtimal Türklər ilkin dövrdə Anadolunun cənubunda, Ikiçayarasi ərazilərdə, Iran yaylasi adlandirdigimiz ərazilərdə və Türkmənistan çöllərində məskunlasmisdir. O yerlər ki indi türk yurdu kimi qələmə verilir. Altayda məskunlasma çox sonralar – 5000 il əvvəl baslamisdir. Avropa alimlərinin Altay nəzəriyyəsini ön plana çəkməkdə əsas məqsədi ondan ibarətdir ki, onlar türkləri Sayan – Altayda yerləsdirməklə qədim Azərbaycan və Anadolu ərazilərinə türklərin gəlmə oldugunu əsaslandirsinlar. Bu, tarixi bilməməkdən də irəli gələ bilər. Altay türkün besiyi deyil. Türkün besiyi Anadolunun cənub hissəsi, Azərbaycan və ilk növbədə Ikiçayarasi ərazilərdir. Bizdə artiq sübut olunmusdur ki, Altayin Altay adinin özünü də türklər Azərbaycandan aparmislar – m.ö. Azərbaycan Aratta dövlətinin adindan (bu ad m.ö. 1-ci minillikldə Azərbaycan ərazisində artiq Alatey kimi islənməkdə idi). Bəzi dirnaqarasi alimlərin bölgülərinə əsasən m.ö. 2000 il əvvəl nə Anadoluda, nə də Azərbaycan ərazisində türk var. Bəs m.ö. 6-ci minilliyin ortalarinda Azərbaycan ərazilərindən Ikiçayarasina enən sumerlər kimdir? Qədim Azərbaycan tayfalari kutilər, lullular, turukilər, sular, kassitlər türk tayfalari idilər. Troya müharibəsinin (m.ö. 1250-ci illər) qəhrəmanlari – Priamin nəsli, Hektor, Eney kim idi? O müharibə ellin – türk müharibəsi idi. «Kitabi-Dədə Qorqud»un Homerin poemalari ilə müqayisəsi göstərir ki, bu əsər (Dədə Qorqud) yunanlarin qonsulugundaki türklər tərəfindən yaradilib. Əks təqdirdə Sayan-Altay ərazisindəki türklərin dastanini Homerin poemalari ilə necə müqayisə etmək olar? Bunlar göstərir ki, türk tarixinə yenidən baxmaq lazimdir. Orxon-Yenisey əraziləri bir qəbiristanliqdir. Bu yerlərdə türklər yasayib, artib, çoxaliblar. Amma orada dogulmayiblar. Ora qərbdən gəliblər. Bu cəhətdən Azərbaycanla Anadolunun taleyində çox ciddi fərqlər var.hələ bizim özümüzün də bir çox dilçi və tarixçilərimiz bu fikirdədir ki, 11-ci yüzillikdə Səlcuqlar gəlib Azərbaycan və Anadolu ərazilərini türkləsdiriblər. Bu cür fikir savadsizliq əlamətidir. Urmiya gölü ətrafi ərazilər, simalli-cənublu Azərbaycan (Iraqda Kərkük-Ərbil əraziləri də) qədim türk yurdudur və heç vaxt, heç bir tarixi hadisə bu yerlərdən türkləri aralaya bilməmislər. Bu gün necədirsə, bes min il əvvəl də o cür olub (kiçik dəyisikliklər, köçürmələrlə). Lakin Anadolu ərazilərində vəziyyət, tarixi tale basqa cürdür. Anadolu da qədim türk yurdudur. Lakin zaman-zaman bizanslar orada üstünlük təskil etmislər. Anadolu həqiqətdə Səlcuqlar dövründə xüsusən Ərtural oglu Osmanin dövründə türk yurduna yenidən çevrilib.Azərbaycan oguzlari isə Səlcuq oguzlari deyil«Kitabi-Dədə Qorqud» Səlcuq oguzlarinin dastani deyil, yerli qədim Azərbaycan oguzlarinin əsəridir. Azəbaycan dili hələ Səlcuqlarin dili normalasmadigi 14-cü yüzilliyə qədər onlara da xidmət etmisdir. Bizim bir sira alimlər isə çalisir sübut eləsin ki, heç 18-ci əsrə qədər Azərbaycan və türk dilləri olmayib və fərqlənməyib.Avropa tədqiqatçilari bunu basa düsmək istəmirlər ki, türklər dünyanin ilk və ən qədim xalqlarindan olmasa idilər, Yer kürəsinin ekvator boyu ən gözəl əraziləri onlara məxsus olmazdi. Etrusklarin da türk oldugunu görmək istəmirlər. Monqollarin, yaponlarin, koreyalilarin türklərdən təcrid olundugunu etiraf etmək istəmirlər. Düsünmürlər ki, Cənubi Amerika hindulari da onlardan ayrilib o əraziyə keçənlərdir.Bir mühüm cəhət də bundan ibarətdir ki, saklar Cənubi Qafqaza və Anadoluya tam gəlmə də deyillər. Onlarin bir qolunun kimmerləri qova-qova bu yerlərə gəldiyi Herodot tərəfindən söylənməkdədir. Lakin saklar Ön Asiyanin və Azərbaycanin ən qədim tayfalaridir. Onlarin,atalari kaslar olmuslar ki, Azərbaycanda kass mədəniyyətinin 10 minillik tarixi müəyyən edilmisdir. Saklar kaslarin sonraki nəsilləridir və kas sözü ilə sak sözü yalniz metateza ilə fərqlənir. Massagetlərin Xəzərin sərqində axtarilmasi da (tarix kitablarinda bu var) dogru deyil. Massagetlər – bas saqlar və onlarin lideri Tomiris Azərbaycan saklarindandir.