Thursday, February 3, 2011

Azərbaycançılıq və Türkçülük . . .

Azərbaycanda yüz illər öncə türkçülük yarandı. Təbiidir, çünki əhalinin böyük əksəriyyəti türkdür. Daha sonra azərbaycançılıq meydana çıxarıldı. Hansı kı, ideologiya olaraq türkçülük elementinə malik idi və azlıqda olan xalqları da təmin edirdi. Lakin dövlət gücləndikcə, regiona və qlobal proseslərə təsir imkanı artdıqca, adekvat olaraq düsmənlər və rəqiblər acıq, ya gizli ittifaqlar yaradaraq böyüdükcə, istəsək də, istəməsək də bizə olan münasibətlərini türk etnosuna olan münasibətləri çərçivəsində quraraq siyasət yürütdükcə azərbaycançılıq türkçülüyə söykənmədən ağırlaşan yükü qaldırmaq iqtidarında olmur. Fikrimcə, Azərbaycanın güclü milli ideologiyaya sahib olmasının şərti bu iki ideoloji elementin iştirak etdiyi ideoloji sistemin yaradılmasıdır. Dedik ki, Azərbaycanda ərazinin demoqrafik vəziyyəti əhalinin böyük əksəriyyətinin türk oldugu göstəricini verir. Bunu tək əhali özü yox, onun dostları və düşmənləri də bilir və dövlətimizə münasibətlərini də həmin faktdan çıxış edərək qururlar. Deməli, milli ideologiya nə olmasından asılı olmayaraq əsas millətin milliliyini – türklüyü özündə ehtiva etməlidir. Əks halda, ideologiya yerli əhaliyə yabançı, yapısdırma olacaq, ideoloji funksiyasını layiqincə yerinə yetirəcək gücə malik olmayacaq, həm daxili, həm də xarici siyasətdə səmərə verməyəcək. Demokratik rejimdə isə onun milli ideologiya statusunu saxlaması heç mümkün deyil. Bu səbəbdən, azərbaycançılığı türkçülükdən kənarda təsəvvür etmək yanlış olardı.
Ikinci tərəfdən, azərbaycançılıq ideologiyası bir əraziyə, üstəlik, adından bəlli, kiçik bir əraziyə bağlı ideologiya olduğu üçün o, həmin ərazidən artıq böyüyə bilməz və bəşəri, irqi, dini ideologiyaların milliliyə, milli birliyə, ərazi bütövlüyünə qarşı yönəlmiş açıq və qeyri-aşkar təzyiqlərinə tab gətirə bilməz. Bu zaman millətin və milliliyin müdafiəsinə yönəlmiş, çox daha böyük ərazini və böyük demoqrafiyanı əhatə edən bir ideologiya olan türkçülüyə zərurət yaranır. Deməli, azərbaycançılıq daxildə Azərbaycan türkçülüyünə söykənərək, regionda isə Türk dünyasına arxalanaraq Azərbaycan xalqının birliyini təmin edə bilər.
Ifadə etdiyimiz kimi, bizə aid millət anlayışı Azərbaycanla məhdudlaşmadığından milli maraqlarımız və milli ideologiyamız da Azərbaycanla məhdudlaşmır. O zaman xaricə, xüsusən, regiona istiqamətlənmiş böyük millət ehtiva edərək bir milli ideologiya tükçülük elementini birinci yerə qoyarsa, onun konkretləşməsi hansı şəkildə aparılmalıdır?
Regionda gedən proseslər zamanın artıq milli birliyə söykənən müəyyən bir bloklaşmanı ləngitməyi müsaidə etmədiyini göstərir. Gün-gündən daha təhlükəli olan, böyük oyunlar oynanan regionumuzda türksoylu dövlətlərin münasibətlərini sadəcə milli-mənəvi öhdəlik səviyyəsində, milli vicdan əsasları üzərində saxlamaq, göründüyü kimi mümkün deyil. Ayrı-ayrılıqda daha çox təzyiqlər altında qalan və həm əlaqələrinin, həm sərhədlərinin, həm də gündəmdə olan ərazi bütövlüyü, soyqırım iddiaları, terror və s. kimi böyük problemlərin daha ciddi, təhlükəli, kövrək məcraya doğru sürüklədiyi dövlətlərin ən azından bir sıra sferalarda bloklasması istiqamətində gecikdirmədən proseslər başlanmalıdır. Buraya həm vahid dil məkanı, vahid valyuta məkanı, xüsusən də, bir-birinin təhlükəsizliyi və suverenliyinə təhdidlə bağlı məsələlərdə bir-birinin qarşısında siyasi öhdəliyi təmin edən vahid siyasət kursu məsələləri daxildir. Belə bir ittifaq bir tərəfdən dünyanın bu dövlətlərlə heç də milli maraqlarımıza uyğun olmayan planlarını reallaşdırmaq aktivliyi göstərdiyi zaman tarixi zərurətdirsə, digər tərəfdən həm xarici siyasətdə gündəmdə duran məsələlər, həm də iqtisadi, mənəvi təhlükəsizlik baxımından ciddi dönüs yaradaraq böyük səmərələr verə bilər. 
Bir gün Türk birliyinə nail olacagımız təqdirdə isə bu siyasət həm təhlükəsizliyimizi təmin edə bilər, həm də beynəlxalq sistemdə problemlərimizin azalmasına səbəb ola bilər.

5 comments:

  1. Cavid, chox chetin, amma lazimli bir ishe bashlayirsiz ..... UGURLAR! ..... neticesini hemen gormeyeceksiz, amma izsiz de qalmayacaq ..... mutleq nelerse deyishmelidir ..... Ne yaxshi ki, Siz ve Sizin kimiler varsiz !!!!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Azeriler turksoy yoxsa turk dilli oldugunu arshdirmaq maraqli olardi. chunki, indiyene qeder oxudugum elmi ishler bele neticeye gelirler ki, Azeriler aborigen qafqaz milletidir, ve dilin deyishmesi qanin qarismagi ile yox, idare eden elitanin deyishmesi ile gelib. Her halda bizim turk milleti olmadigizim aydindir, chunku turkleri irqi (race) bashqadir.

    ReplyDelete
  4. Elvin bey teessufle demek mecburiyyetindeyem ki oxudugunuz elmi ishler kecmish Sovet tebligatindan ve ya onun qaliqlarindan bashqa bir shey deyil. Daha derinden arashdirma aparsaniz Azerbaycanlilarin milli mensublugu haqda daha tutarli ve artiq defelerle isbat olunmush, ve inanmiram ki her hansi bir muzakirelere yer qalmish olsun. Azerbaycan bir menali olaraq en qedim Turklerin meskeni olmush, ve Azerbaycanlilarin da boyuk ekseriyyeti etnik mensubiyyet baximindan TURKLERdir.

    ReplyDelete

Day 23: GRE Vocabulary, Success Journal, Kick-Boxing, Balance of life

Learning new words has been something I never enjoyed. The idea of having to write a vocabulary, and memorize words always irritated me. How...