Friday, April 6, 2012

Serqey Lavrovun Qafqaz səfəri haqqında təhlillərim.

Rusiya Xarici İşlər Nazirinin Qafqaza səfərini iki cür şərh etmək mümkündür. Səfərin səbəb və məqsədləri 1. Üzdə görünən ve mediada geniş yer verilən səbəblər. 2. Daha az işıqlandırılan lakin əsil “pərdə arxasında” olan məqamlar. Birinci siyahıya, ölkələr arasındakı diplomatik münasibətlərin qurulmasının 20 illik yubileyinin qeyd olunması,
seçkilərdən sonra Lavrovun yeni secilmish prezidentin rəhbərliyi altinda regiona ilk səfəri və s. Gostərmək olar. Müzakirə olunacaq məsələr isə əksər hallarda Dağlıq Qarabag məsələsinin həlli istiqamətində birgə səylərin davam etdiriliməsi və Xəzərin hüquqi statusunun muəyyənləşdirilməsi prosesində irəliləyişlərə nail olmaq istəyi gostərilir. Dağlıq Qarabağ məsələsi ilə bağlı Rusiya Xarici işlər Naziri bildirib ki vasitəçilər Helsinki yekun aktında qeyd olunan əsas prinsiplərinə əsaslanaraq öz funksiyalarını ədalətlə yerinə yetirir, daha dəqiq desək: güc tədbiq etmək və güclə hədələməkdən imtina etmək, ərazi bütövlüyünün qorunması, millətlərin öz müqəddəratını təyin etməyi hüququna hörmətlə yanaşmaq. Vasitəçilərin bu istiqamətdə movqeyində dəyişiklik olmayıb. Lavrovun səfərinin bir səbəbi kimi də məsələ ilə bağlı yeni təkliflərin olması, Madrid prinsiplərinə bəzi düzəlişlərin edilməsi ilə bağlı təkliflərin olmasının mümkünlüyü aid edilir. Ümumilikdə isə belə gorunur ki Rusiya vasitəçilik missiyasındakı “aparıcı” rolunu davam etdirmək niyyətindədir. Lavrovun Ermənistan dövlət universitetindəki cıxışına diqqət yetirsək, Xəzərin statusu ilə bağlı hər hansı bir qərarın region dovlətlərinin mövqeləri nəzərə alınmadan qəbul edilməsinin imkansızlığını tez tez vurğulayır. Hələ-hələ bölgədən kifayət qədər uzaqda yerləşən Avropa Birliyinin məsələ ilə baglı kifayət qədər “provokativ” iştirakı. O qeyd edir ki “Əlimizdə kifayət qədər əsas vardır ki beş xəzəryanı ölkə özləri hec kəsin kənardan yardımı və provokasiyası olmadan bu məsələni həll etsin. Qeyd edim ki xəzərin statusu 1921 və 1940 cı illər Sovet İttifaqı və İran arasında olan razılaşmalar əsasında müəyyənləşdirilmişdir. Sovetlər parcalandıqdan sonra isə Xəzərin hüquqi statusunun muəyyənləşdirilməsi ilə bağlı danışıqlar hələ də davam edir. Hazırda bəzi ölklər ikitərəfli razılaşmalar əldə ediblər. 1998 ci il Rusiya Qazaxıstan, 2001-2003 cu ilər ərzində isə Qazaxıstan, Azərbaycan və Rusiya arasında müqavilələr imzalanıb. İkinci və daha vacib hesab etdiyim məsəslələrə isə 1) İranla bagli dunyada və regionda baş verən proseslərə nəzarət edə bilmək. 2) Qəbələ RLS-in icarəsinin davam etdirməsi ilə bağlı təziq göstərmək. Vəfa Quluzadənin fikirlərinə əsaslansaq belə bir cıxarış da etmək mümkündür. “Rusiya Azərbaycanı hədələyir ki, əgər İranla müharibə başlayarsa, o zaman Ermənistanda olduğu kimi, Azərbaycanda da Rusiyanın hərbi bazası olmalı, burada birgə havadan müdafiə sistemi yaradılmalıdır. Amma Azərbaycan tərəfi buna heç zaman imkan verməyəcək”. 3) Reallaşmaq üzrə olan Trans Xəzər boru xəttinin hazirlanmasına maneə olmaq və ya ən azından prosesin gedişinə təsir etmək. Kəmər reallaşacağı halda, bu Avropanın Rusiyadan qaz asılılığının aradan qaldırılması istiqamətində böyük bir addım olacaqdır. “Qafqaz 2012”. Rus hərbi birləşmələrinin təlimləri bu dəfə əvvəlkindən daha genişmiqyaslı olacaq. Hərbicilər nəinki İrana qarşı olacaq müharibə ehtimalına qarşı, həm də Xazərdə və Cənubi Qafqazda ola biləcək hərbi qarşıdurmalara qarşı planlar hazırlayacaqlar. Belə təlimlər ilk dəfə 2008 ci ilin yayında baş vermişdir. Ekspertlər hesab edir ki məhz ona görə Rusiya Gurcustanla müaribəyə hazırlıqlı vəziyyətdə olmuşdur. Əvvəlkindən fərqli olaraqsa bu dəfə təliblərdə bütün hərbi birləşmələr iştirak edəcəklər. Bu haqda hələ keçən ilin sonunda general Nikolay Makarov xəbər vermişdir. Rusiya Hərbi proqnozlaşdırma mərkəzinin rəhbəri Anatoliy Çıqanok-un verdiyi məlumata əsasən isə təlimlər Fars korfəzindəki vəziyyətin kəskinləşməsilə bağlı daha tez başlamışdır. Hərbicilər İranla müharibəyə Cənubi Qafqazın postsovet ölkələrinin cəlb edilə biləcəyi ehtimalı üçün də plan variantı işləyib hazırlayıblar. Təlimlər nəinki Rusiyanın cənubunda Şimali Qafqazda, həm də Abxaziya, Osetiya və Ermənistan ərazisində baş verəcək. “Qafqaz 2012” təlimlərinin digər bir vacib cəhəti isə ABŞ və İsrail in 2012 ci ildə birgə ən böyük hərbi təlimləri həyata kecirməyi planlaşdirması idi. "Austere Challenge 12” və ya Rusların dediyi kimi “Суровый вызов 12'' ( Cətin sınaq 12 ) adlı birgə təlimdə beş mindən artıq ABŞ və İsrail hərbiçilərinin iştirakı gözlənilirdi hansı ki sonradan daha gec bir vaxta təxirə salındı. Proseslərin gələcək inkişafının hansı istiqamətdə olacağı, Azərbaycanın milli təhlükəsizliyinə olan təhdidləri necə aradan qaldiracağı və müəyyən sual doğuran digər məqamlar regional və hətta qlobal təhlükəsizlik aspektindən həyati əhəmiyyət daşıyır. Belə hesab edirəm ki regionda baş verə biləcək hər hansı münaqişədən kənarda qalmaq, hər bir halda münaqişəyə sürüklənmək variantının qarşısının alınması, bir sozlə balanslaşdırma siyasətinin davam etdirmək hazırda Azərbaycan üçün ən optimal variantdir.

1 comment:

  1. Gizli meqamlarla raziyam. Enerji meselesi, Iran - chox aktual meselelerdir. Amma mence indi uchun daha esas olan - "yeni prezident" gelir ve "bayram sona chatdi" demekdir. Daha "ciddi" ve "qetiyyetli" Rusiya goreceksiz demekdir. Bahsqa sozle - Prezidentin Teqdimati !!!!!! Butun bunlar hamisi ise butunlukde daha boyuk 1 meselenin - "единоличное лидерство России в регионе" - ayri-ayri terefleridir. Rusiya dunya dovletleeini onunla hesablashmaga mecbur edecek ideyalar axtarishindadir.... her dovletle de "onun basha dushe bileceyi dilde" danishmaga chalishir.
    Yenilik deyil ki, Rusiya Avropa dovletleri ile ikiterefli muqavileler imzalamaqla enerji meselesinde veziyyeti oz xeyrine deyishmeye cehd edir. Rusiya uchun ugurlu cehd hem de, Fransa, Almaniya ile muqavileler var...... Onunla muqavile imzalamayan "dost olmayan" dovletlerin atom enerjisinden istifade qerarlarina qarshi ise - atom enerjisinden istifadenin ne qeder tehlukeli oldugunun "tebligi" ve ondan istifadeye qarshi chagirish eden "konullulerin" herekatini destekleyir. Iran meselesine gelince, Azerbaycanin Israille herbi emekdashligi, silah almasi ve s. meseleler Rusiyani narahat etmeye bilmez. Irana qarshi muharibe meselesi daha chox reallashmaga bashlayir choxlarinin fikrine gore. Qazaxistan da bu yaxinlarda bildirdi ki, Irana qarshi herbi emeliyyatlar bashlayarsa, oz erazisinden ona qarshi istifade etmeye icaze vermeyecek.
    Choxlarini bilmirem, amma men bu fikirde olanlarla raziyam ki, Rusiya Merkezi Asiya ve Qafqazda itirdiyi nufuzunun berpasi istiqametinde chox boyuk ugurlar qazana bilmese de, artiq choxdandir ki, veziyyet onun uchun "agir sabit" olaraq qalmaqda davam edir. arada hetta Rusiyanin xeyrine 1 qeder irelileyishe benzer nelerse de hiss olunur.....
    Ve sonda, en esas olan - dovrumuzun maarifchilerindendir deye bileceyim Cavid hemisheki kimi, yene de meni "ciddi fikirleshmeye" mecbur etdi..... chox bilmek yaxshidir ki? chox bilirsen ve hech ne ede bilmirsen..... bilmirem.

    ReplyDelete

Day 23: GRE Vocabulary, Success Journal, Kick-Boxing, Balance of life

Learning new words has been something I never enjoyed. The idea of having to write a vocabulary, and memorize words always irritated me. How...